“Xətt və boya” adlı sərgisi keçirilir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə rəssam İnna Kostina və gürcü rəssamı Liya Şvelidzenin əsərlərindən ibarət “Xətt və boya” adlı sərgisi keçirilir.

Azərbaycanın istedadlı və çoxşaxəli yaradıcılıq diapazonuna malik tanınmış rəssamlarından biri olan İnna Kostina 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan rəsmə olan böyük həvəsi onu 1980-ci ildə Moskva İncəsənət Texnikomunun rəngkarlıq fakültəsinə gətirir. 1984-cü ildə texnikomu müvəffəqiyyətlə bitirərək, 1984-89-cu illərdə Moskva Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitunun Bədii film və Televiziya üzrə quruluşçu rəssam fakültəsində təhsilini davam etdirir.

Ardını oxu...

   

“Berlin-Bakı”

11 aprel 2014-cü il tarixində Berlin Weissensee İncəsənət Universitetinin rektoru xanım Leoni Baumannın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - “Berlin-Bakı” Qalereyasının direktoru İbrahim Ehrari, professorlar  Hannes  Brunner və Albrext  Şefer ilə  muzeyimizin  qonağı olmuşdur. Onları  Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev qarşılamış, görüşdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektor müavini Səlhab Məmmədov və  muzeyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əminə Məlikova da iştirak etmişlər. Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış oldular.

   

Bir uşaqa həyat verək


Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi QUPAİB) və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüşü ilə 18 mart 2014 il, saat 12:00-da “Bir uşaqa həyat verək” devizi altında rəssam uşaqların Milli İncəsənət Muzeyində Xeyriyyəçilik Sərgisi keçirildi. Sərgidə uşaqların müxtəlif mövzularda çəkdikləri rəsmlərin nümayişi və satışı təşkil olunub. Sərgidən əldə olunan vəsait xəstə uşaqların müalicəsi üçün sərf edildi. Sərgidə icitmaiyyət nümayəndələri, millət vəkilləri, QHT-rəhbərləri iştirak edib.

   

Əşrəf Heybət

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşbbüsü ilə Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətin əsərlərindən ibarət Azərbaycanda “İthaf.Şərq və Qərb arasında” adlı rəssamın ilk fərdi yaradacılıq sərgisi keçirilir.

Foto: Ələkbər Ağasiyev

   

Səhifə 32 > 37-dəan