Ülviyyə Hacıbəyovanın solo konserti


Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə 27 fevral 2014-cü il tarixində, saat 17.00-da muzeyin Niyazi 11 ünvanında yerləşən binasında Q.Qarayev,C.Cahangirov, İ.Hacıbəyov və digər bəstəkarların əsərlərindən ibarət Ülviyyə Hacıbəyovanın solo konserti keçiriləcək.

   

Tofiq Ağababayev

20.02.2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Tofiq Ağababayevin 85 illik yubileyinə həsr olunmuş fərdi sərgisi keçirildi.
Sərgi fevral ayının 28-dək davam etmişdir.

Foto: Ələkbər Ağasiyev

   

Muzeydə alman dilinin tədrisi

Almaniya Federativ Respublikasının Höte adına Mədəniyyət İnstitutu bir çox ölkələrdə fəaliyyət göstərir. Beləki, Gürcüstan Höte İnstitutu, Alman Dili Tədrisi Mərkəzi Azərbaycan Höte İnstitutunun tərəfdaşlığı və Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşəbbüsü ilə 23–25 yanvar 2014–cü il tarixlərdə alman dili müəllimləri üçün “Muzeydə alman dilinin tədrisi” adlı seminar təşkil edilir. 
Seminarın ilk günündə, 23 yanvar tarixində Almaniya Federativ Respublikasının Bakıdakı səfiri xaniım Heidrun Tempel seminar iştirakçılarını salamlamaq və muzeyin rəhbərliyinə əməkdaşlığa görə öz dərin təşəkkürünü bildirmək üçün muzeyə gələcəkdir.

   

BP – Azərbaycan

“BP – Azərbaycan” şirkətinin sponsorluğu ilə Azərbaycan Milli İncəsənət Muzeyində (02.01.2014-12.01.2014-dək) 10 günlük açıq qapı kampaniyası keçirilir.

   

Səhifə 33 > 37-dəan