Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi arasında skayp vasitəsilə virtual görüş keçirildi

7 aprel 2017-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi arasında skayp vasitəsilə virtual görüş keçirildi. Görüşdə elmi işlər üzrə direktor müavini Marta Lopatiç, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin fəal üzvləri və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları iştirak etdilər. Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin əməkdaşı tərəfindən muzeyin ekspozisiyası üzrə eksursiya aparıldı.Daha sonra iştirakçılar arasında fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 2016-ci ilin dekabr ayında Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin direktorları Çingiz Fərzəliyev və Dmitri Stus arasında birgə əməkdaşlıq müqaviləsi imzanlanmışdır.

   

Muzeydə "Ailə festivalı" tədbirinin ikinci buraxılışı keçirildi

Azərbaycan Milli İncəsənət Muzeyində 10-12 mart tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, muzeyin və Əsli Səmədovanın müəllifi olduğu "Milli İrsimiz" layihəsinin birgə təşəbbüsü ilə "Ailə festivalı” tədbirinin ikinci buraxılışı keçirildi.

Bu yeni təşəbbüs muzey məfhumunun sərhədlərini genişləndirərək, onu ailəvi istirahət üçün maraqlı məkana çevirmək məqsədi daşıyır. “Ailə festivalı”nın keçirilmə ideyası mədəni vakuumun doldurulmasında və ölkəmizdə ailəvi asudə vaxtın mədəni və əyləncəli keçirilmə məkanı kimi muzeylərin məşhurlaşmasında ilk addım olacaq.

Festivalın ikinci buraxılışı üçün, xüsusi olaraq AMİM-in əməkdaşları və dəvət olunmuş qonaqlar ( Xalq rəssamı Arif Hüseynov, nağıl müəllifləri Kamran Əlioğlu və Fərid Qorxmazoğlu, Fəridə Mustafayeva, Oksana Sergeyeva, rəssam Aydan Məmmədova) və təşkilatlar (“Çələbi brendi”, “Rəsm” zərgərlik brendi, “Kilimçi” klubu, “Sevimli Bala” uşaq klubu, “Family-Tram” portalı )uşaq və valideyn cütlüyünün birgə fəaliyyəti üçün maraqlı fəallıqlar və ustad dərsləri təqdim olundu. Muzeyin Elmi-kütləvi işlər şöbəsinin bələdçiləri muzey kolleksiyası barədə 20 dəqiqəlik mini interaktiv ekskursiyalar təşkil olunub. Proqram çərçivəsində muzeyin daimi sərgisi “Azərbaycan incəsənəti minilliklər boyu” üzərində qurulmuş və Nyu-York Müasir İncəsənət Muzeyinin əməkdaşlarının dəstəyi ilə yaradılan “Rəsmə çevril”, “Xatırlayıram-xatırlamıram”, “Ov-foto”, “Fərqi tap” kimi oyunlar keçirilib.

   

Novruz bayramına həsr edilmiş konsert

18 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramına həsr edilmiş konsert keçirildi. Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında bayram əhval-ruhiyyəli musiqilər səsləndirildi. 
Böyük zövqlə dinlənən konsertdə görkəmli bəstəkarlar Ü.Hacıbəyovun “Cəngi”, Şopenin “Vals”, F. Əmirovun “Məhəbbət rəqsi”, T. Quliyevin “Bahar nəğməsi” kimi görkəmli dünya və Azərbaycan bəstəkarlarının kompozisiyaları və xalq mahnıları səsləndirildi. Şagirdlərin ifasındakı Ü. Hacıbəyovun “Cəngi”, S. Ələsgərovun “Şalaxo” musiqiləri və “Məhbubəm” xalq mahnısı tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Tədbirdə surpriz olaraq şagirdləri ilə birgə Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev da çıxış etdi. 
Konsert proqramı başa çatdıqdan sonra tədbirdə iştirak edən “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Denis Lemarşal hər kəsi Novruz bayramı münasibətilə təbrik etdi və məktəb şagirdlərinin ifalarını yüksək qiymətləndiyini bildirərək, onlara yaradıcılıq uğurları arzuladı. “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Denis Lemarşal qonaqları ilə birgə “Azərbaycan incəsənəti minilliklər boyu” adlı muzeyin daimi sərgisi ilə tanış oldular.

   

Muzeydə Novruz şənliyi keçirilib

18 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyində baharın gəlişi-Novruz bayramı  münasibətilə xeyriyyə məqsədli bayram şənliyi keçirildi. Tədbirin bədii hissəsində AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim olundu. Giriş sözü ilə tədbiri açan Azərbaycan Milli İncəsənət Muzeyinin İctimai əlaqələr üzrə direktor müavini Qəmər Məlikova qonaqları salamyaraq, hər kəsi bayram münasibətilə təbrik etdi. Daha sonra AMK tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova öz bayram təbrikini çatdırdı. 
Xeyriyyə məqsədilə keçirilən tədbirdə Sabunçu rayonunda yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbi və Xəzər rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin uşaqları muzeyin qonağı oldular. 
Bayram şənliyində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında biri-birindən maraqlı səhnəciklər, bayram ovqatı tərənnüm olunan şən mahnılar, rəqslər ifa edildi. Uşaqlara bayram sovqatı - Novruz xonçası təqdim edildikdən, sonra muzeyin zəngin ekspozisiyası üzrə uşaqlar üçün xüsusi hazırlanmış interaktiv ekskursiya təşkil edildi. Onlar gözəl təəssüratlarla muzeydən ayrıldılar.

   

Səhifə 5 > 37-dəan