Gənc rəssam Məryəm Ələkbərlinin “Əsrlərin sədası” adlı rəsm sərgisini

Noyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin “Əsrlərin sədası” adlı rəsm sərgisinin açılışı oldu. Mərasimə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) İcraiyyə Şurasının 36-cı iclasının və 12-ci Baş Konfransının iştirakçıları qatılmışdı. Tədbiri giriş sözü ilə açan baş nazirin müavini Elçin Əfəndiyev İSESCO-nun yüksək səviyyəli toplantılarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu tədbirlər çərçivəsində Bakıya gələn qonaqlara xalqımızın zəngin mədəniyyəti, tarixi və müasir inkişafı ilə yanaşı, ölkəmizdə gedən quruculuq və abadlıq işləri ilə yaxından tanış olmaq imkanı yaradılıb. Sərgi barədə danışan Elçin Əfəndiyev vurğuladı ki, istedadlı gənc rəssam Məryəm Ələkbərlinin ekspozisiyada nümayiş olunan 50-dək rəsm əsəri öz ruhunu milli dəyərlərdən alır: “Bu əsərlərdəki Qobustanın qayaüstü yazıları, Azərbaycanın muğam sənəti, İçərişəhərin tarixi abidələri mədəni irsimizin müasir simasını təcəssüm etdirir. “Əsrlərin sədası” sərgisi mövzu etibarı ilə insanı xoşbəxtliyə və tolerantlığa, birliyə və bərabərliyə çağırır”. Dünyada islam ölkələrinə qarşı ikili standartların nümayiş olunduğunu diqqətə çatdıran Elçin Əfəndiyev qeyd etdi ki, buna baxmayaraq bütün müsəlman ölkələri bəşəriyyəti dincliyə, xoşbəxtliyə, insanlığa və tolerantlığa dəvət edir. Vurğulandı ki, bir müsəlman ölkəsinin övladı olan gənc rəssamın bu sərgidəki əsərləri də qeyd olunan xüsusiyyətləri özündə ehtiva edir. Elçin Əfəndiyev Məryəm Ələkbərlini sərgi münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladı. Tədbirdə çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu diqqətə çatdırdı və beynəlxalq səviyyəli möhtəşəm tədbirlərin Bakıda keçirilməsini yüksək qiymətləndirdi. Baş direktor ölkəmizin İSESCO İcraiyyə Şurasının toplantılarına ev sahibliyi etməsini əməkdaşlığın inkişafında irəliyə doğru addım kimi dəyərləndirdi, bunun təşkilatda təmsil olunan ölkələrin mədəniyyət, elm və təhsil sahəsində əlaqələrinə müsbət təsir edəcəyini vurğuladı. Sonra qonaqlar sərgi ilə tanış oldular. Ağ Şəki ipəyi üzərində qarışıq texnikada işlənmiş tablolar istər rəng və yozum baxımından, istərsə də özünəməxsus qeyri-adi dəst-xətti ilə diqqəti cəlb edir. Rəssamın qövsi-qüzehin yeddi rəngini ehtiva edən kətan üzərindəki işləri isə Qobustan qayaüstü təsvirlərinin əsas mövzularının davamı olaraq qədim inanc, ayin və rəqslərin əsrarəngiz mənzərəsini yaradır.

Foto: Ələkbər Ağasiyev

   

Gürcü rəssamları Giya Ququşvili və Ketevan Matabellinin fərdi yaradıcılıq sərgiləri

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə gürcü rəssamları - Gürcüstan Rəssamlıq Akademiyasının rektoru akademik Giya Ququşvili və professor Ketevan Matabellinin fərdi yaradıcılıq sərgiləri keçirilir “Görüş”, “Qırmız ev”, “Sadə balans”, “Qırmızı qapılar, “Axşam”, “Meşədə gəzinti”, “Dağların kölgəsi”, “Kollaj” və s. əsərlər tamaşaçıların ixtiyarına verilmişdir. Ümumiyyətlə sərgidə 45 sayda əsər nümayiş olunur.Tədbirdə eyni zamanda Gürcüstan Rəssamlıq Akademiyasının rektoru akademik Giorgi Ququşvili, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze , Gürcüstanın Milli Elmlər Akademiyasının müxbir üzvü professor Valeri Asatiani Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən akademiyanın “Fəxri doktoru” adı  ilə təltif olunacaq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə təşəkkür məktubu təqdim olunacaqdır.

Fotoqraf: Ələkbər Ağasiyev

  • 01
  • 02
  • 03
  • 04
  • 05
  • 06
  • 07
  • 08
  • 09
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20

   

Qabriell Stravelli

 

 

 

 

 

 

ABŞ Səfirliyi 14-18 noyabr tarixlərində Amerikacaz ifaçısı Gabrielle Stravellinin Azərbaycana ilk səfərini sponsorluq edirik. Azərbaycanda olarkən Qabriell Stravelli və onun qrupu müxtəlif açıq konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçirəcəklər. Gabrielle Stravellinin Azərbaycanda keçirilən bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. ABŞ Səfirliyi canlı Amerika caz musiqisi ilə maraqlanan hər bir kəsi aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edirik:

14 noyabr - 18:30-19:40 Park Bulvarda konsert
16 noyabr - 14:30-15:40 Xəzər Universitetində konsert 
17 noyabr - 18:00-19:00 Milli İncəsənət Muzeyində pulsuz tur
17 noyabr - 19:00-20:30 Milli İncəsənət Muzeyində konsert 
18 noyabr - 19:00-20:00 - YARAT Müasir İncəsənət Məkanında Amerika Caz Musiqisinin tarixi mövzusunda təqdimat
18 noyabr - 20:00-21:30 - YARAT Müasir İncəsənət Məkanında konsert

Müxtəlif mükafatlar qazanmış Qabriell Stravelli hər özünün original mahnılarının ifası, yeni Amerika mahnılarının ifasi həmdə və Dyuk Ellington, Dolli Parton və Conni Merser kimi müsiqiçilərin standrtlarının nümayişi sahəsində dinləyicilərin rəğbətini qazanmışdır. Aktyor olan Qabriell lirikasında Deyvid Finklinin “fərdi expressiyanın təcəssümü” adlandırdığı bir xüsusi həssaslığa malikdir. Qabriell bu yaxında Nyu Yorkun Metropolitan zalında Nyu York Tayms, Vall Strit Cornal və Haffington Post da daxil olmaqla mətbuatın tərifini qazanmış solo ifalar etmişdir.Keçən payız o Uinton Marsalis və Linkoln Mərkəzinin Orkestrı ilə ABŞ-da turneyə getmiş və Marsalisin Abissinian: İncil Bayramını ifa etmişdir. Qabriel Stravelli və onun qrupu ABŞ-ın Dövlət Departamentinin Amerika Musiqisinin xaricdə Təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfədir səfər edir. Sözügedən proqram tanınmış Amerika musiqiçilərinin digər ölkələrə səfərini nəzərdə tutaraq mədəniyyət sahəsində anlayışı və əməkdaşlığı inkişaf etdirir.

   

“İncəsənət fotoqrafların gözü ilə” adlı 2-ci foto-müsabiqə

BP Azərbaycan şirkətinin sponsurluğu ilə  23 oktyabr 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “İncəsənət fotoqrafların gözü ilə” adlı 2-ci foto-müsabiqəyə yekun  vuruldu. Heç bir yaş məhdudiyyəti qoyulmayan müsabiqədə peşəkar fotoqraflarla yanaşı, həvəskar fotoqraflar da iştirak ediblər. Tədbirdə çıxış edən BP neft şirkətininin mətbuat xidmətinin rəhbəri  Tamam Bayatlı şirkətin Azərbaycanda olduğu 20 ildən artıq bir dövr ərzində Azərbaycanın zəngin mədəni irsinin və incəsənətinin təbliğatçısı kimi dəstək verdiyi bir sıra mühüm layihələrdən, Azərbaycan Milli İncəsənət Muzeyi  ilə BP Azərbaycan şirkəti arasında uzun müddətli əməkdaşlıqdan söhbət açaraq, “İncəsənət fotoqrafların gözü ilə” adlı layihənin həyata keçirilməsində yaradılan şəraitə görə muzeyin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Keçirilən rəsmi təqdimat mərasimində  3 qalibə mükafatlar təqdim edilmiş, həmçinin bütün iştirakçılara Azərbaycan Milli İncəsənət Muzeyi adından "Təşəkkürnamə"ilə təltif olunmuşdur. Rəsmi hissədən sonra, muzeyin sərgi salonunda müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgi nümayiş olunaraq, geniş tamaşaçı auditoriyasının ixtiyarına verilmişdir.

Fotoqraf: Ələkbər Ağasiyev

   

Səhifə 7 > 31-dəan