Ana səhifə
Sərgilər
Afişa
Qonaqlar Ücün
Ünvan
 
 

Azərbaycan qrafikası

Azərbaycan qrafika əsərlərinin kolleksiyasında milli rəssamlıq məktəbinin formalaşmasında  və inkişafında böyük rolu olan tanınmış sənətkarların əsərləri xüsusi yer tutur. Çoxəsrlik Azərbaycan incəsənətinin qızıl fonduna daxil olmuş Mir Möhsün Nəvvab, Mirzə Qədim İrəvani, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Qəzənfər Xalıqov, Kazım Kazımzadə, Ələkbər Rzaquliyev, Lətif Kərimov, Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Elçin Aslanov, Oqtay Sadıqzadə, Rasim Babayev, Elmira Şahtaxtinskaya və digər parlaq və özünəməxsus rəssamların əsərləri həmin fondun misilsiz eksponatlarıdır. Onların  tablo, plakat, rəsm, illüstrasiya, xalça və teatr eskizləri milli sənət qaynaqlarına əsaslanıb, muzeyin ekspozisiyasında layiqli yer tutur

 

XX əsrə qədər

Naməlum rəssam,
Azərbaycan, Təbriz, XVIII əsr.
Gənc oğlan cam ilə.
Kağız, tempera, 18,5 x 12,2
Naməlum rəssam.
Azərbaycan, Təbriz, XVIII əsr.
Gənc şahzadə.
Kağız, tempera, 17,8 x 10,8

Əkbər Şərqizad Təbrizi,
Azərbaycan, Təbriz, XIX əsr. .
Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasına illüstrasiya.
Kağız, tempera, 41 x 28,5
Mirzə Qədim İrəvani (1825-1875). Azərbaycan.
Qacar şahzadəsi Məculla Mirzə.
Kağız, sulu boya. 21x12

Mirzə Qədim İrəvani (1825-1875). Azərbaycan.
Əyləşmiş qadın portreti.
Kağız, sulu boya. 35x28

 

Gənc şahzadə,