Ana səhifə
Sərgilər
Afişa
Qonaqlar Ücün
Ünvan
 
 

Azərbaycan qrafikası

Azərbaycan qrafika əsərlərinin kolleksiyasında milli rəssamlıq məktəbinin formalaşmasında  və inkişafında böyük rolu olan tanınmış sənətkarların əsərləri xüsusi yer tutur. Çoxəsrlik Azərbaycan incəsənətinin qızıl fonduna daxil olmuş Mir Möhsün Nəvvab, Mirzə Qədim İrəvani, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Qəzənfər Xalıqov, Kazım Kazımzadə, Ələkbər Rzaquliyev, Lətif Kərimov, Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Elçin Aslanov, Oqtay Sadıqzadə, Rasim Babayev, Elmira Şahtaxtinskaya və digər parlaq və özünəməxsus rəssamların əsərləri həmin fondun misilsiz eksponatlarıdır. Onların  tablo, plakat, rəsm, illüstrasiya, xalça və teatr eskizləri milli sənət qaynaqlarına əsaslanıb, muzeyin ekspozisiyasında layiqli yer tutur

 

XX əsr

Abbas Hüseyni. XX əsrin əvvəli. Azərbaycan.
Azərbaycanlı qadın. 1908.
Kağız, sulu boya. 37x25
Əzim Əzimzadə (1880-1943). Azərbaycan.
Füzulinin portreti. 1914. Kağız,
sulu boya. 65x44

Əzim Əzimzadə (1880-1943). Azərbaycan.
Kos-kosa.1930.
Kağız, sulu boya.50x37

Bəhruz Kəngərli (1892-1922). Azərbaycan.
Qırmızı yaylıqlı qız. 1920.
Kağız, sulu boya. 17,5x13,5


Ələkbər Rzaquliyev (1903-1974). Azərbaycan.
Gəlinə hədiyyə ilə.
“Köhnə Bakı” silsiləsindən. 1964.
Kağız, linoqravüra. 56х32,5
Maral Rəhmanzadə (1916-2008). Azərbaycan.
Xınalıq kəndi. 1963.
Kağız, sulu boya. 25x70

Elmira Şaxtaxtinskaya (1930-1997). Azərbaycan.
Novruz bayramı ərəfəsində. 1966.
Kağız, quaş. 50x50
Cəmil Müfidzadə (1934). Azərbaycan
Qız qalası. “İçərişəhər” silsiləsindən.1980-cı illər.
Kağız, sulu boya, quaş, tuş. 86x61,5

Altay Hacıyev (1931).
Azərbaycan.
Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasına illüstrasiya. 1991.
Kağız, sulu boya, quaş. 60x65
Arif Ələsgərov (1944). Azərbaycan.
Musiqi emalatxanası. 1987.
Kağız, avtolitoqrafiya. 60x48

Elçin Məmmədov (1949-2001). Azərbaycan.
Dirsə xanın oğlu Buğac.
“Dədə - Qorqud” eposuna illüstrasiya. 1990-cı illər.
Kağız, sulu boya. 25,5x20

Hüseyn Əliyev (1911-1991). Azərbaycan.
Azıx mağarası. 1970.
Kağız, sulu boya. 29x41