Rus qrafikası

Azərbaycan Milli İncəsənət muzeyinə Moskva və Sankt-Peterburq muzey fondlarından daxil olmuş tanınmış rus rəssamlarının əsərləri mövcud kolleksiyanı daha əhəmiyyətli və  zəngin   edmişdir.  Rus incəsənəti XVIII –XIX əsrlərə aid olan T.S.İordan, X.K.A.Vortman, N.İ.Utkin, Y.P.Çemesov, V.A.Bobrov, N.S.Mosolov kimi məşhur rəssamların qravürları  təmsil edilir. XIX – XX əsrlərin tanınmış rus rəssamlarının yaradıcılığı özünəməxsusus maraq doğurur. Bunlardan: İ.İ.Şişkin, İ.K.Ayvazovski, A.N.Benua, V.A.Serov, L.O.Pasternak, V.A.Favorski, O.Q.Vereyski, M.F.Larionov, A.A. Ekster, A.A.Deyneka, Y.A.Kibrik, K.F.Yuonun əsərləri ən parlaq nümunələrdəndir.

 

Rusiya

Mixayıl Larionov (1881-1964).
Mənzərə. XX əsrin əvvəli.
Karton, pastel. 38x30,5
Qriqori Qaqarin (1810-1893).
Gənc türkün portreti. 1896.
Kağız, pastel. 21,5x16

Albert Benua (1852-1937).
Marina. Konbario. 1909.
Karton, sulu boya. 37,5x60
Aleksandr Yakovlev (1887-1938).
Violonçel çalan Livio Boninin portreti. 1915.
Kağız, sanqina. 148x98

Vasili Mate (1856-1917).
P.M.Tretyakovun portreti. 1894.
İ.Y.Repinin əsərindən.
Kağız, ofort. 55x39,5
Valentin Serov (1865-1911).
Knyaginya P.İ.Şerbatovanın portreti. 1911.
Kağız, kömür, sanqina. 107x66

Vladimir Favorski (1886-1964).
A.S.Puşkinin portreti.
A.S.Puşkinin “Boris Qodunov” əsərinə illüstrasiya. 1954.
Kağız, ksiloqrafiya. 14,3x11,4
Aleksandr Deyneka (1899-1969)
Qadın çiyin ağacı ilə.1930.
Kağız, quaş. 41x62

Albert Benua (1852-1937)
Aylı gecə. 1909.
Karton, sulu boya. 37,5x60
Anna Ostroumova-Lebedeva (1871-1955).
Versal çiçəklər içində. XX əsrin əvvəli.
Kağız, linoqravyura. 30,5x44

Yevgeni Lansere (1875-1946).
Ankarada küçə. 1930 - cu illər.
Kağız, sulu boya, pastel, karandaş. 46x29,5
Lyudviq Lonqo (1831-1914)
Dua edən fars. XIX əsrin ortası. Kağız, karton, sulu boya. 29,8x24,5

Aleksandra Ekster (1882-1949).
Kavaler. (Romeo). Teatr geyim eskizi. 1913.
Karton, quaş, qızıl suyu. 52x36,5
Veniamin Belkin (1884-1951)
Akrobat qız. 1914.
Kağız, tempera. 18x15