Ana səhifə
Sərgilər
Afişa
Qonaqlar Ücün
Ünvan
 
 

Qərbi Avropa qrafikası

Qrafika fondunun formalaşması İncəsənət muzeyin yaranma və inkişafı dövrü ilə bağlıdır və Fransa, Almaniya, İngiltərə ,İtaliya, Holland məktəblərinin parlaq sənətkarların əsərlərını təşkil edir.Fondun ilkin kolleksiyasını Qərbi Avropa incəsənətinə aid olan tiyə və nəqqaş qələmin və ofort ustadları -  Jak Kallo, Georq Ville,Pyer Dreve, Jerar Edelink, Rafaello Morgen, Georq Fridrix Şmidt, Covanni Ottoviani, Françesko Bartolotsi, Nikola Skyavonetti, Dyujarden Karel, kimi məşur qravürçü rəssamların əsərlərindən ibarətdir.

 

İtaliya

Morqen  Rafaello (1758-1803)
Rafael Santinın  əsərindən.
İlahiyyat. XVIII əsr.
Kağız, tiyə. 38 x 42

Skyavonetti Nikola ( 1771-1813 )
Anjelika Kaufman əsərindən.
Hektorun Andromaxa ilə sonuncu görüşü. XVIII əsr.
Kağız, rəngli punktir. 45 x 34,5


Morqen Rafaello (1758-1833)
Rafael Santinın  əsərindən.
Madonna quşcuğaz ilə. XVIII əsr.
Kağız, tiyə.  49,6 x 34,6
Primatiçço Françesko ( 1504-1570 )
Cavan oğlan.Rəsm. XVI əsin ortası.
Kağız, sanqina. 15 x 10

Piranezi Françesko (1756-1810)
Mediçili Venera. 1781
Kağız, tiyə. 67 x 49
Bartolossi Françesko (1727-1815) .
M.Hamiltonun əsərindən
Apofeoz. 1799
Kağız, punktir. 50 x 72

Della  Bella Stefano (1610-1664)
Arabesklar. Vazlarda güllər. XVII əsr.
Kağız, ofort. 10 x 19,5
Raymondi  Markantonio (1480-1527)
Qüvvə ilahəsi.  XVI əsr.
Kağız,ofort,tiyə. 22 x 11,5

Gizi Corcio (1520-1582)
Kifarada ifa edən Apollon.
Kağız,ofort,tiyə. 17 x 29,5