Ana səhifə
Sərgilər
Afişa
Qonaqlar Ücün
Ünvan
 
 

1998-ci ildən Azərbaycan Milli İncəsənət muzeyi fondunun çini bölməsi öz müstəqil fəaliyyətinə başlayıb. Fondun çini bölməsində 3000-nə qədər eksponat qorunub saxlanılır. Bunlar əsasən Rusiya, Qərbi Avropa, Şərq və Azərbaycanda istehsal olunan nümünələrdir.

XVIII-XIX əsərlərə aid çoxsaylı Rusiya çini zavodlarının məmulatları -İmperator çini zavodu, Yusupov, Qardner, Popov, Miklaşevski, Kuznetsov və s. fərdi zavodların məhsulları fondda əsas yerlərdən birini tuturlar. Bu eksponatlardan çoxu incə dekorativ zövq və işləmə texnikası baxımından seçilirlər (“Yusupov”, “Babyeqonski”, “Banket”(“В.К.К.Н.”), servizlərindən nümunələr  “bando” formalı  dekorativ vaz). Cəmiyyətin kübar və aşağı təbəgələrinin həyatından səhnəçiklər əks etdirən xırda plastikaya aid fiqurlar xüsusi maraq doğurur.

XX əsrin əvvələrində “təbliqat” (“aqitasiya”) devizi altında yaradılmış çox nadir sənət nümunələri də böyük əhəmiyyət kəsb edir.”Milis qadın” ,”Bayraq tikən”,”Üç qadın”  və s.

XIV-XVIII əsrlərdə Urbino, Monte Lupu, Kastel Durante və s. emalatxanalarda yaranmış kaşı və saxsı aptek şüşələri, vazlar və buludlar qiymətli eksponatlar sırasına aiddir. Onların bəzəyində istifadə olunan rəng çalarlarında italyan İntibahinin nikbin, həyatverici cizqiləri özünü təcəssüm etdirir. Ardını oxu...  

RUSİYA XVIII-XIX əsrlər

Dondurma qabı
Böyük Knyaz Konstantin Nikolayeviçin “BKKH” servizindən
Rusiya. İmperator çini zavodu. 1848-1852- ci illər
Çini, bürünc. Relyef, şirəüstü rəngləmə, naxış, qızılla zərləmə, cızma. H.-44,7 sm

Qəhvədan
Böyük Knyaz Konstantin Nikolayeviçin “BKKH” servizindən
Rusiya. İmperator çini zavodu. 1848-1852- ci illər
Çini. Relyef, şirəüstü rəngləmə və naxış, qızılla zərləmə. H.-44,7 sm


Bulud
Böyük Knyaz Konstantin Nikolayeviçin “BKKH” servizindən
Rusiya. İmperator çini zavodu.1848-1852- ci illər
Çini. Şirəüstü naxış, qızılla zərləmə. D.-32 sm
Konfet üçün vaz
Böyük Knyaz Konstantin Nikolayeviçin “BKKH” servizindən
Rusiya. İmperator çini zavodu. 1848-1852- ci illər
Çini. Relyef, şirəüstü rəngləmə və naxış, qızılla zərləmə. D.-27 sm

Ətir qabı
Rusiya. Popovun zavodu. 1810-1860-cı illə.
Çini. Relyef, şirəüstü rəngləmə və naxış. H.-12 sm
Fincan nəlbəki ilə
Rusiya. Pyotr Fominin zavodu
XIX əsrin əvvəli
Çini. Şirəüstü naxış, qızılla zərləmə
a)H.-6,2 sm, b)D.-14,5 sm