Ana səhifə
Sərgilər
Afişa
Qonaqlar Ücün
Ünvan
 
 

1998-ci ildən Azərbaycan Milli İncəsənət muzeyi fondunun çini bölməsi öz müstəqil fəaliyyətinə başlayıb. Fondun çini bölməsində 3000-nə qədər eksponat qorunub saxlanılır. Bunlar əsasən Rusiya, Qərbi Avropa, Şərq və Azərbaycanda istehsal olunan nümünələrdir.

XVIII-XIX əsərlərə aid çoxsaylı Rusiya çini zavodlarının məmulatları -İmperator çini zavodu, Yusupov, Qardner, Popov, Miklaşevski, Kuznetsov və s. fərdi zavodların məhsulları fondda əsas yerlərdən birini tuturlar. Bu eksponatlardan çoxu incə dekorativ zövq və işləmə texnikası baxımından seçilirlər (“Yusupov”, “Babyeqonski”, “Banket”(“В.К.К.Н.”), servizlərindən nümunələr  “bando” formalı  dekorativ vaz). Cəmiyyətin kübar və aşağı təbəgələrinin həyatından səhnəçiklər əks etdirən xırda plastikaya aid fiqurlar xüsusi maraq doğurur.

XX əsrin əvvələrində “təbliqat” (“aqitasiya”) devizi altında yaradılmış çox nadir sənət nümunələri də böyük əhəmiyyət kəsb edir.”Milis qadın” ,”Bayraq tikən”,”Üç qadın”  və s.

XIV-XVIII əsrlərdə Urbino, Monte Lupu, Kastel Durante və s. emalatxanalarda yaranmış kaşı və saxsı aptek şüşələri, vazlar və buludlar qiymətli eksponatlar sırasına aiddir. Onların bəzəyində istifadə olunan rəng çalarlarında italyan İntibahinin nikbin, həyatverici cizqiləri özünü təcəssüm etdirir. Ardını oxu...  

“Çini” fondu

1998-ci ildən Azərbaycan Milli İncəsənət muzeyi fondunun çini bölməsi öz müstəqil fəaliyyətinə başlayıb. Fondun çini bölməsində 3000-nə qədər eksponat qorunub saxlanılır. Bunlar əsasən Rusiya, Qərbi Avropa, Şərq və Azərbaycanda istehsal olunan nümünələrdir.

XVIII-XIX əsərlərə aid çoxsaylı Rusiya çini zavodlarının məmulatları -İmperator çini zavodu, Yusupov, Qardner, Popov, Miklaşevski, Kuznetsov və s. fərdi zavodların məhsulları fondda əsas yerlərdən birini tuturlar. Bu eksponatlardan çoxu incə dekorativ zövq və işləmə texnikası baxımından seçilirlər (“Yusupov”, “Babyeqonski”, “Banket”(“В.К.К.Н.”), servizlərindən nümunələr  “bando” formalı  dekorativ vaz). Cəmiyyətin kübar və aşağı təbəgələrinin həyatından səhnəçiklər əks etdirən xırda plastikaya aid fiqurlar xüsusi maraq doğurur.

XX əsrin əvvələrində “təbliqat” (“aqitasiya”) devizi altında yaradılmış çox nadir sənət nümunələri də böyük əhəmiyyət kəsb edir.”Milis qadın” ,”Bayraq tikən”,”Üç qadın”  və s.

XIV-XVIII əsrlərdə Urbino, Monte Lupu, Kastel Durante və s. emalatxanalarda yaranmış kaşı və saxsı aptek şüşələri, vazlar və buludlar qiymətli eksponatlar sırasına aiddir. Onların bəzəyində istifadə olunan rəng çalarlarında italyan İntibahinin nikbin, həyatverici cizqiləri özünü təcəssüm etdirir. XVII-XVIII əsrlərdə Delft (Hollandiya) ustaları tərəfindən hazırlanmış xarakterik ağ və göy rənglərin çalarları ilə nəbati naxışlarla bəzədilmiş buludlar və fərqli ölçülü qapaqlı vazlar böyük dəyərə malikdir.

XVIII əsrə aid olan öz yenilikləri ilə seçilən tanınmış ingilis keramika ustası Cozayya Vecvudun klassik stildə hazırlanmış işləri: çay dəsti, ətir qabı, Napoleon barelyefi diqqətə layiqdir.

Avropada ilk dəfə 1710-cu ıldə yaranmış Meysen (Almaniya) çini manufakturasının nəfis və təkrarolunmaz məmulatları fondun sərvətlərindəndir. Müxtəlif fiqurlar, dekorativ vazlar, serviz hissələri, şamdanlar və yazı ləvazimatları barokko üslubunda hazırlanmış yüksək yapma səviyyəsi ilə, forma gözəllıyi ,rəng ahəngdarlığı və dekor zənginliyi ilə seçilirlər.

XIX əsrdə Fransanın Sevr, Daqoti, Nast, Şolher, Föyye və s. zavodlarında hazırlanan çini məmulatlar xüsusilə diqqəti cəlb edir. Vazlar, fincan və nəlbəkilər, dekorativ boşqablar  üzərində müxtəlif dekor texnikasından istifadə olunmaqla rəngarəng mənzərələr, məlum tarixi şəxslərin portretləri və məişət löhvələri yüksək ustalıqla təsvir edilmişdir.

Muzeyin fondunda Şərq və Asiya keramikası geniş yer tutur. Buraya Çində, Yaponiyada və İranda hazırlanmış sənət əsərləri daxildir.

Nəfis tərtibatlı Çin və Yapon çay dəstləri, boşqablar və müxtəlif ölçülü vazlar, piyalələr, kasalar formaları və bədii dekorativ üsulları ilə valehedicidirlər. İranın orta əsrlərə aid  keramikası əsasən firuzəyi , göy, yaşil və müxtəlif  lüstrlarla

işlənmiş zəngin həndəsi və nəbati naxışlarla stilizə edilmiş quşlar və heyvanllarin təsvirləri ilə bəzənilmiş dolça, qab, kasa və buludlarla təqdim olunur. XIX əsrə aid olan rəngarəng ov və saray həyattından səhnələri əks etdirən, miniatür uslubunda yaradılmış kaşılar da xüsusi maraq doğurur.

Təbiidir ki, fondun eksponatları içərisində Azərbaycan keramikası öz xüsusi yerini tutur. Burada Mingəçevirdə, Göy-Göldə, Şəkidə, Oğuz və Qax rayonlarında aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş VIII-II e.ə. əsrlərə aid olan 100-ə yaxın əşyalar qorunub saxlanır. Müxtəlif rəngli gillərdən hazırlanmış və bəziləri ağ pasta ilə bəzənilmiş  qablar və dolçalar qədim keramika ustalarının yüksək bədii zövqündən xəbər verir.

Fondda müasir azərbaycan keramika ustalarının əsərləri də xüsusi yer tutur.

Bu sıraya     ötən  əsrin   60 – cı illərində  Azərbaycan   rəssamlarının saxsı    və şüşə  sahəsində  öz  sənətkarlığını   göstərə  bilmiş böyük  bir nəsli daxildir:     Azərbaycan Respublikasının xalq rəssamları: İbrahim Zeynalov(1934-2008), Tofiq Ağababayev(1928), Oqtay Şıxəliyev (1931-2012),  Azərbaycan Respublikasının əməkdar rəssamları: Hüseyn Hüseynov(1930-1987), SimaAğayeva(1931), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi  Həyat Abdullayeva(1912-2006), həmçinin rəssamlardan: Liya Ağamalova(1927), Əlirasim Muxtarov(1910-1978),  Həsənağa Ələsgərov(1929-1996), Səkinə Şahsuvarova(1927-1990),  Rasim Xələfov(1928),və digər rəssamlar yüksək bədii səviyyəsi, texnika və rəng əlvanlığı ilə səciyyələnən  dekorativ – tətbiqi  sənət nümunələri yaratmışlar.  İncəsənət muzeyinin  kolleksiyasında məhz bu dövr daha  əhatəli təmsil olunur.

Azərbaycan dekorativ – tətbiqi  sənətinin saxsı və şüşə üzrə yaşlı nəsil rəssamlarının yaratdığı bədii məktəb  sonrakı dövrdə, daha dəqiq desək,  XX əsrin sonlarında  öz  inkişafını davam etdirmişdir.  Mir – Teymur Məmmədov (1947)  saxsının spesifik xüsusiyyətlərinə, texnika  və istehsalına dərindən bələd olan  rəssamlardan biridir.  Onun əsərlərində xalqın adət -ənənələri və özünəməxsusluğu, milli ruhu  öz əksini tapmışdır. “Dədə Qorqud” kompozisiyası forma ilə məzmun arasında  harmonik vəhdətin bariz nümunəsidir.

Yeni nəsil rəssamların: Saleh Məmmədovun(1955), Alagöz Salahovanın(1953), Mehdi Nağıyevin(1961), Sima Zülfüqarovanın(1953), Fidan Muradəliyevanın(1972)  yaradıcılığı milli ənənələr üzərində inkişaf edir.

Onların hazırladığı  kiçik ölçülü heykəllər  və müxtəlif  formalı dekorativ  məmulatlar, həmçinin  rəsmlərlə naxışlanmış  boşqab və buludlar  kompozisiya həlli, ornamentlərin orijinallığı, rənglərdən məqsədəuyğun istifadəsi , süjet xəttinin və obrazların dəqiq  təsviri ilə  diqqəti cəlb edir.

Keramik eksponatlarla yanaşı fondda az sayda şüşə nümunələri də saxlanılır.  Bədii şüşə kolleksiyası  zəngin olmasa da, eksponatlar bədii baxımından  yüksək keyfiyyətləri ilə seçilir. Bu baxımdan XIX əsrin məşhur Emil Qalle firmasından olan çoxqatlı rəngli şüşədən orijinal üslubda hazırlanmış bir neçə vaz, həmçinin Rusiyanın XIX əsr İmperator  şüşə zavodunun təraşlama, cızma, qızılla zərləmə kimi mürəkkəb texnikalarda işlənmiş müxtəlif vazlar, qrafinlər, bokallar, təntənəli badələr maraq kəsb edir.

Azərbaycan əsasən müasir dövrün yaşlı nəsil nümayəndələrinin işləri ilə təmsil olunub : S.Şaxsuvarova (1927-1990), L.Ağamalova (1927), T.Ağababayev (1928), C.İbrahimov (1935-2008). Onların əsərləri dekorativ vazlar və servizləri öz forma və rənglərinin ahəngliyi və dəqiqliyi ilə seçilir.

Sonrakı nəslin nümayəndələri  Tahir Sadıxov (1952-2001), Murad Allahverdiyev (1960) öz yaradıcılığında “Bahar” mövzusuna üstünlük veriblər. “Bahar” adlanan kompozisiyalar xoş bahar ovgatı bəxş edirlər.  Bu kolleksi-yanın əsasını gözlənilməz formalar, incə rənglər və rəvan keçidlər təşkil edir.