Kitabxana

Azərbaycan Milli İncəsənət Muzeyinin kitabxanasında ümumilikdə 8002 ədəd kitab saxlanılır. Bunların 584 ədədi muzeyin nadir kitablar fonduna daxildir.

Nadir kitablar fondunda muzey, sərgi, tarix, rəssamlıq, boyakarlıq, teatr, coğrafiya, lüğət, dini, biologiya, biblioqrafik, dekorativ tətbiqi sənət, arxiv, gerblər və medalyonlar (atributlar), memarlıq, heykəltaraşlıq, incəsənət yönlü məlumat kitabları və kataloqlar bölməsi var. Buradakı kitablar əsasən rus, ingilis, latın, alman, fransız, gürcü və s. dillərdədir. Nadir kitablar fondu 1812 -1925 ci illərdə nəşr edilmiş ədəbiyyatı əhatə edir. Burada qorunan kitablarda öz məzmunu baxımından Azərbaycanla və dünya incəsənəti ilə əlaqəli çoxlu məlumatlar vardır – qrafinya Uvorovanın redaktorluğu altında Qafqazda aparılan arxeoloji qazıntılar (1894, 1896-cı illər), şərqin qədim tarixi (1903-cü il), incəsənət tarixi (1897-ci ildə), dünya incəsənəti (1910-cu il), bütün xalqların və zamanların incəsənət tarixi (1896), D.A.Rovinskinin “Portret tarixi”(1886-1889), knyaz Q.Q.Qaqarinin “Naturadan eskiz və rəsmlər” (1902) kimi albom və kitabları yer almaqdadır. Nadir kitablar fondunda həmçinin Ermetaj, Luvr, Drezden muzeyləri, Tretyakov Qalereyası və digər nüfuzlu muzeylərdə qorunan əsərlər haqqında nəşr edilmiş məlumatlar toplusu da vardır. Ardını oxu...  

Kitabxana

Azərbaycan Milli İncəsənət Muzeyinin kitabxanasında ümumilikdə 8002 ədəd kitab saxlanılır. Bunların 584 ədədi muzeyin nadir kitablar fonduna daxildir.

Nadir kitablar fondunda muzey, sərgi, tarix, rəssamlıq, boyakarlıq, teatr, coğrafiya, lüğət, dini, biologiya, biblioqrafik, dekorativ tətbiqi sənət, arxiv, gerblər və medalyonlar (atributlar), memarlıq, heykəltaraşlıq, incəsənət yönlü məlumat kitabları və kataloqlar bölməsi var. Buradakı kitablar əsasən rus, ingilis, latın, alman, fransız, gürcü və s. dillərdədir. Nadir kitablar fondu 1812 -1925 ci illərdə nəşr edilmiş ədəbiyyatı əhatə edir. Burada qorunan kitablarda öz məzmunu baxımından Azərbaycanla və dünya incəsənəti ilə əlaqəli çoxlu məlumatlar vardır – qrafinya Uvorovanın redaktorluğu altında Qafqazda aparılan arxeoloji qazıntılar (1894, 1896-cı illər), şərqin qədim tarixi (1903-cü il), incəsənət tarixi (1897-ci ildə), dünya incəsənəti (1910-cu il), bütün xalqların və zamanların incəsənət tarixi (1896), D.A.Rovinskinin “Portret tarixi”(1886-1889), knyaz Q.Q.Qaqarinin “Naturadan eskiz və rəsmlər” (1902) kimi albom və kitabları yer almaqdadır. Nadir kitablar fondunda həmçinin Ermetaj, Luvr, Drezden muzeyləri, Tretyakov Qalereyası və digər nüfuzlu muzeylərdə qorunan əsərlər haqqında nəşr edilmiş məlumatlar toplusu da vardır.
Muzeyin əsas fondunda isə ensiklopediyalar, lüğətlər, İncəsənət tarixinə dair ədəbiyyat toplanmışdır. Onlar şərq incəsənəti (Misir, Yaponiya, Yunan, Çin, Koreya, Monqolustan, Vyetnam, Hindistan, Pakistan, İran, Əfqanıstan, Bizans), Afrika, Avropa incəsənəti (Alman, İspan, Fransız, İtaliya, Hollandiya, Norveç, Fillandiya, Niderland, İngilis, Polşa, Çexoslovakiya, Ruminiya, Macarıstan, Belgiya), Qərb İncəsənəti (ABŞ, Latın, Amerika ölkələri), Rusiya incəsənəti (Rus incəsənəti tarixi, heykəltaraşlıq, boyakarlıq, qrafika, dekorativ tətbiqi sənət, saxsı və çini), MDB ölkələri incəsənəti (Zaqafqaziya, Ukrayna, Belarusiya, Orta Asiya, Pribaltika Respublikaları) dünya memarlığı, zərgərlik, karikatura, kino-teatr, musiqi, geyim, tikmə sənəti və s. mövzuları əhatə edir. Eyni zamanda bu bölməyə arxeologiya və etnoqrafiya, estetika, fəlsəfə, nəzəriyyə, dünya muzeyləri, dini ədəbiyyatlara dair sərgilərin kataloqları, məlumat kitabları, jurnallar və s.daxildir.

Kitbxananın Azərbaycan bölməsində boyakarlıq, heykəltaraşlıq, memarlıq, tikmə, dekorativ tətbiqi sənət, musiqi, muzey, nəzəriyyə, elmi və bədii ədəbiyyatlar, ensiklopediyalar saxlanmaqdadır. Yer alan kitablar içərisində dövrünə, yaradıcılıq üslubuna və sənət növünə görə fərqli şəxsiyyətlərin sənətinə və ümumilikdə Azəbaycan mədəniyyətinə həsr edilmiş əsərlər vardır. Onlar Əzim Əzim-zadə, Səttar Bəhlulzadə, Tokay Məmmədov, Vəcihə Səmədova, Maral Rəhmanzadə, Ömər Eldarov, Tahir Salahov, Toğrul Nərimanbəyovun, Lətif Kərimovun, Rasim Əfəndiyevin, Kamil Əliyevin və s. yaradıcılığına həsr edilmiş kitablar və rəngli illüstrativ materiallarla zəngin elmi araşdırmalardır. 24 CD-dən ibarət olan “Qarabağ xanəndələri” albomunda muğam xanəndələriin ifası və onlar haqqında ən maraqlı məlumatlar toplanıb. Bu zəngin kitabxanada rus-fransız, fars-azərbaycan dillərində lüğətlər, muzeydə kecirilmiş Azərbaycan rəssamlarının və xarici ölkələrdən gəlmiş sərgilərin kataloqları da saxlanır.

Burada ümummilli lider Heydər Əliyevin həyat və peşə fəaliyyətini əks etdirən güşə, eyni zamanda nəfis tərtibatlı, Heydər Əliyev Fondunun dəstəyilə nəşr edilmiş “Prezident Heydər Əliyev”, “Heydər Əliyev Fondu” adlı kitablardan ibarət ədəbiyyat da saxlanılır.