Budo ruhu - Yaponiya döyüş sənətinin tarixi

Azərbaycan Yaponiya diplomatik əlaqələrinin qurulmasının 20 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Yaponiyanın Azərbaycandakı Səfirliyi, Yaponiya Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə “Budo ruhu - Yaponiya döyüş sənətinin tarixi” adlı sərgi təşkil edilib.
Yaponiya fondu dünyanın 130-dan çox ölkəsi ilə mədəni əlaqələr aparır. Təsviri incəsənət, video nəşrlər və müxtəlif idman növləri vasitəsilə mədəniyyət mübadiləsindən əlavə, dünyada Yapon dilinin tədrisinin yayılması kimi geniş sahələr də fəaliyyət göstərir. Yaponiya fondu vasitəsilə rəsm, tətbiqi incəsənət, foto, dizayn, memarlıq kimi geniş sahələri əhatə edən səyyar sərgilər dünyanın hər bir yerində davamlı olaraq həyata keçirilir.

“Budo ruhu – Yaponiya döyüş sənətinin tarixi” adlı səyyar sərgisi dünyanın bir çox böyük şəhərlərində - Fransanın Paris, Nitse, Rusiyanın Moskva, Vladivostok, Xabarovsk, Krasnoyarsk, Türkiyənin İstanbul, Ankara, İzmir, Bosniya və Hersoqovinanın Sarayevo, Rumıniya, Bolqariyanın Plovdiv, Macarıstanın Budapeşt, İspaniya, Braziliyanın Rio de Janeyro, Kanadanın Toronto, Meksikanın Mexiko, ABŞ-nın Miçiqan, İndiana kimi ştatlarında və hal hazırda Bakıda sənət sevərlərə təqdim olunur.

Xaricdə döyüş sənətinə olan marağı nəzərə alaraq “Budo ruhu – Yaponiya döyüş sənətinin tarixi” adlı səyyar sərgi dəsti yeni əsasnamədə təqdim olunmuşdur.

Bu sərgidə döyüş meydanında vuruş üsullarından (döyüş texnikası) idman olaraq, budodan tutmuş, Yaponiyanın döyüş texnikası tarixinə qədər budonun nə olduğunu izah etməyə səy göstərmişdir. Sərgi iki hissədən ibarətdir. Birinci hissədə ox, yay, zirehli paltar, baş dəbilqəsi kimi döyüş əşyalarının əsli və ya reproduksiyası nümayiş olunmaqla, VIII-IX əsrə kimi döyüş sənətindəki dəyişikliklərlə izah olunur.

İkinci hissədə isə IX-XX əsrlərdə “bucyutsu” sözünün “budo” sözünə necə dəyişildiyi və yaponların gündəlik həyatında budo ruhunun necə əks olunduğu izah olunur.

Sərgidə həmçinin 9 “budo” növü və onlar üçün istifadə olunan alətlər də sərgilənir.

Bu sərgi vasitəsilə tamaşaçılar, Yaponiya cəmiyətinin formalaşması,tarixi, estetika anlayışı və dünya baxışına bir daha yeni prizmadan nəzər sala biləcək.

Sərgidə həmçinin, Şərqi Yaponiyada baş verən dağıdıcı zəlzələdən sonra bərpa işlərini əks etdirən “Tohoku. Sabaha daha yaxşı dirçəlişlə” adlı foto sərgi də nümayiş ediləcəkdir.

Sərginin açılışı 3 fevral 2012-ci ildə saat 17:00-da Bakı şəhərində, Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək və mart ayının 3-dək davam edəcəkdir.

Əlavə məlumat üçün muzeyin Facebook səhifəsinə müraciət edə bilərsiniz:

www.facebook.com/pages/Azərbaycan-Milli-İncəsənət-muzeyi-Azerbaijan-National-museum-of-Art/221304434553074?ref=ts