Ana səhifə
Sərgilər
Afişa
Qonaqlar Ücün
Ünvan
 
 

1998-ci ildən Azərbaycan Milli İncəsənət muzeyi fondunun çini bölməsi öz müstəqil fəaliyyətinə başlayıb. Fondun çini bölməsində 3000-nə qədər eksponat qorunub saxlanılır. Bunlar əsasən Rusiya, Qərbi Avropa, Şərq və Azərbaycanda istehsal olunan nümünələrdir.

XVIII-XIX əsərlərə aid çoxsaylı Rusiya çini zavodlarının məmulatları -İmperator çini zavodu, Yusupov, Qardner, Popov, Miklaşevski, Kuznetsov və s. fərdi zavodların məhsulları fondda əsas yerlərdən birini tuturlar. Bu eksponatlardan çoxu incə dekorativ zövq və işləmə texnikası baxımından seçilirlər (“Yusupov”, “Babyeqonski”, “Banket”(“В.К.К.Н.”), servizlərindən nümunələr  “bando” formalı  dekorativ vaz). Cəmiyyətin kübar və aşağı təbəgələrinin həyatından səhnəçiklər əks etdirən xırda plastikaya aid fiqurlar xüsusi maraq doğurur.

XX əsrin əvvələrində “təbliqat” (“aqitasiya”) devizi altında yaradılmış çox nadir sənət nümunələri də böyük əhəmiyyət kəsb edir.”Milis qadın” ,”Bayraq tikən”,”Üç qadın”  və s.

XIV-XVIII əsrlərdə Urbino, Monte Lupu, Kastel Durante və s. emalatxanalarda yaranmış kaşı və saxsı aptek şüşələri, vazlar və buludlar qiymətli eksponatlar sırasına aiddir. Onların bəzəyində istifadə olunan rəng çalarlarında italyan İntibahinin nikbin, həyatverici cizqiləri özünü təcəssüm etdirir. Ardını oxu...  

Muasir Azərbaycan

Hüseynov Hüseyn
Vaz.1960
Saxsı,rənglı şir
H.-10sm

Şıxəliyev Oqtay
Neft mədənləri. 1950-ci illər
Keramika, şirəüstü naxış
15x15 sm.; 9x15 sm


Abdullayeva Həyat
Coxfiqurlu kompozisiya
"Bəhrəm Gür və yeddi gözəl".1957
Çini ,şirəüstü naxış,qızılla zərləmə,lüstr
H.-25sm

Zeynalov İbrahim
Fiqur "Aşıq".1957
Çini, şirəüstü naxış
H.-25sm


Ağamalova Liya
Neftçi.1962-1963
Keramika, rənglı şir, naxış
D.-40,5sm

Şahsuvarova Səkinə
Bulud.1980-cı illər
Saxsı, rəngli minalar,naxış
D.-47sm


Məmmədov Mir Teymur
"Kitabi Dədə Qorqud" Kompozisiyasından vaz.1999
Qil,barelyef,qorelyef, rənglı şir
H.-100sm

Muradəliyeva Fidan
Çiçəklər . 2006
Çini, Yapma,şirəüstü naxış, qızılla zərləmə
H.-28sm