1998-ci ildən Azərbaycan Milli İncəsənət muzeyi fondunun çini bölməsi öz müstəqil fəaliyyətinə başlayıb. Fondun çini bölməsində 3000-nə qədər eksponat qorunub saxlanılır. Bunlar əsasən Rusiya, Qərbi Avropa, Şərq və Azərbaycanda istehsal olunan nümünələrdir.

XVIII-XIX əsərlərə aid çoxsaylı Rusiya çini zavodlarının məmulatları -İmperator çini zavodu, Yusupov, Qardner, Popov, Miklaşevski, Kuznetsov və s. fərdi zavodların məhsulları fondda əsas yerlərdən birini tuturlar. Bu eksponatlardan çoxu incə dekorativ zövq və işləmə texnikası baxımından seçilirlər (“Yusupov”, “Babyeqonski”, “Banket”(“В.К.К.Н.”), servizlərindən nümunələr  “bando” formalı  dekorativ vaz). Cəmiyyətin kübar və aşağı təbəgələrinin həyatından səhnəçiklər əks etdirən xırda plastikaya aid fiqurlar xüsusi maraq doğurur.

XX əsrin əvvələrində “təbliqat” (“aqitasiya”) devizi altında yaradılmış çox nadir sənət nümunələri də böyük əhəmiyyət kəsb edir.”Milis qadın” ,”Bayraq tikən”,”Üç qadın”  və s.

XIV-XVIII əsrlərdə Urbino, Monte Lupu, Kastel Durante və s. emalatxanalarda yaranmış kaşı və saxsı aptek şüşələri, vazlar və buludlar qiymətli eksponatlar sırasına aiddir. Onların bəzəyində istifadə olunan rəng çalarlarında italyan İntibahinin nikbin, həyatverici cizqiləri özünü təcəssüm etdirir. Ardını oxu...  

Bədii şüşə

Vaz
Fransa, Daum Nansı fabriki
1925
Çoxqat şüşə,cızma,aşındırma
H.-7 sm

Şərbət dəsti (1-15ədəd)
Ağamalova Liya
Azərbaycan.1959-1960
Şüşə, cızma
Ölçüləri müxtəlifdir


Qrafin
Rusiya. XIX əsr
Şüşə, gümüş-875*
H.-31 sm

Qrafin
Rusiya. XIX əsr
Şüşə, qızılla zərləmə
H.-54 sm


Qədəh
Rusiya. İmperator şüşə zavodu
XVIII əsrin ortaları
Şüşə. H.-23 sm
Qədəh
Rusiya. İmperator şüşə zavodu
XIX əsrin II yarısı
Şüşə. H.-28 sm

Vaz
Rusiya. İmperator şüşə zavodu
XIX əsrin II yarısı
Şüşə, bürünc. H.-14 sm
Kaşpo
Rusiya. İmperator şüşə zavodu
XIX əsrin II yarısı
Şüşə. H.-18,3 sm

Altlıq
Rusiya. İmperator şüşə zavodu
XIX əsrin II yarısı
Şüşə, bürünc. H.-5,5 sm