Ana səhifə
Sərgilər
Afişa
Qonaqlar Ücün
Ünvan
 
 

1998-ci ildən Azərbaycan Milli İncəsənət muzeyi fondunun çini bölməsi öz müstəqil fəaliyyətinə başlayıb. Fondun çini bölməsində 3000-nə qədər eksponat qorunub saxlanılır. Bunlar əsasən Rusiya, Qərbi Avropa, Şərq və Azərbaycanda istehsal olunan nümünələrdir.

XVIII-XIX əsərlərə aid çoxsaylı Rusiya çini zavodlarının məmulatları -İmperator çini zavodu, Yusupov, Qardner, Popov, Miklaşevski, Kuznetsov və s. fərdi zavodların məhsulları fondda əsas yerlərdən birini tuturlar. Bu eksponatlardan çoxu incə dekorativ zövq və işləmə texnikası baxımından seçilirlər (“Yusupov”, “Babyeqonski”, “Banket”(“В.К.К.Н.”), servizlərindən nümunələr  “bando” formalı  dekorativ vaz). Cəmiyyətin kübar və aşağı təbəgələrinin həyatından səhnəçiklər əks etdirən xırda plastikaya aid fiqurlar xüsusi maraq doğurur.

XX əsrin əvvələrində “təbliqat” (“aqitasiya”) devizi altında yaradılmış çox nadir sənət nümunələri də böyük əhəmiyyət kəsb edir.”Milis qadın” ,”Bayraq tikən”,”Üç qadın”  və s.

XIV-XVIII əsrlərdə Urbino, Monte Lupu, Kastel Durante və s. emalatxanalarda yaranmış kaşı və saxsı aptek şüşələri, vazlar və buludlar qiymətli eksponatlar sırasına aiddir. Onların bəzəyində istifadə olunan rəng çalarlarında italyan İntibahinin nikbin, həyatverici cizqiləri özünü təcəssüm etdirir. Ardını oxu...  

Fransa

Dekorativ boşqab
Kardinal Fleşyenin portreti
Fransa. Sevr. XIX əsr
Çini. Relyef, şirəüstü naxış, qızılla zərləmə. D.-23,5 sm

Dekorativ boşqab
Şahzadə Ojinin  portreti
Fransa, Sevr. XIX əsr
Çini. Relyef, şirəüstü naxış, qızılla zərləmə
D.-23,5 sm
Boşqab. Ədviyyat qabı
Fransa. Sevr. XVIII əsrin II yarısı
Çini. Şirəüstü naxış,qızılla zərləmə
1)D.-24,5 sm 2)11,5x19 sm
Bulud. Kraliça Jozefinanın  tac qoyma mərasimi
Fransa. 1805-1810-cu illər
Çini. Şirəüstü naxış, qızılla zərləmə, lüstr. D.-28 sm
Fiqur “Qadın uşaq ilə”
Fransa, Paris. 1740
Biskvit. H.-21 sm
Nəlbəki
Fransa, Sevr. 1780
Çini. Şirəüstü naxış, qızılla zərləmə
D.-14 sm