Sərgilər

Tamara Kvisitadzenin fərdi sərgisi

17 aprel 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində gürcü rəssamı Tamara Kvisitadzenin fərdi sərgisi açılmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgi “KUKLA” Art Qalereyasının açılmasının iki illiyinə həsr edilib. Sərgi aprelin 30-dək davam edəcək.

Foto: Ələkbər Ağasiyev

8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir və sərgi

5 mart 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Açılış mərasimində Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək, tədbirin Azərbaycan qadınlarının şərəfinə təşkil olunmuş kiçik hədiyyə olduğunu vurğulayaraq xanımlara ən xoş arzularını çatdırıdı. Konsertdə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndirilmişdir. Tədbir çərçivəsində, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından qadın obrazına həsr edilmiş əsərlərdən ibarət “Gözəlliyin tükənməz çalarları” adlı sərginin açılışı olmuşdur. Tədbirdə hökumət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, respublikamızın siyası-ictimai və mədəni həyatında mühüm rol oynayan qadınlardan – Mədəniyyət və Turizm Nazirinin müavini Sevda xanım Məmmədəliyeva,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova, millət vəkili Jalə xanım Əliyeva,  UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay xanım Əfəndiyeva və başqaları iştirak etmişlər.

Gözəlliyin çalarları

Azərbaycan Milli İncəsənət Muzeyində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təşkil olunur. Təşkil olunmuş tədbirdə  Fərhad Bədəlbəylinin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konserti və Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan qadın obrazına həsr edilmiş əsərlərdən ibarət “Gözəlliyin tükənməz çalarları” adlı sərgi keçirilir. Azərbaycanın tarixi, mədəni, ictimai və mədəni həyatında görkəmli rol oynamış qadınların surətlərindən ibarət sərgidə Azərbaycanın tanınmış fırça ustalarından Xalq rəssamları Mikayıl Abdullayevin “Manqa başçısı Rəxşəndinin portreti”, “Rəqqasə Əminə Dilbazinin portreti”, “Çəltikçi qızlar”, Salam Salamzadənin “Günəş altında”, Oqtay Sadıqzadənin “Fidan Qasımovanın portreti”, Böyükağa Mirzəzadənin “Sağıcı”, “Karinka”, Altay Hacıyevin “Natəvan aləmi”, “Sara xatun”, Əməkdar incəsənət xadimləri  Reyhan Topçubaşovanın “Balerina Qəmər Almaszadənin portreti”, Vəcihə Səmədovanın “Geoloq M. Məmmədbəylinin portreti” kimi əsərlərilə yanaşı, Toğrul Sadıqzadə, Vidadi Nərimanbəyov, Tağı Tağıyev, Cahangir Rüstəmov, Nadir Əbdürrəhmanov, Şamil Nəcəfzadənin əsərləri də nümayiş etdirilir.Ümumilikdə burada 20-dən artıq Azərbaycan rəssamının 36 sayda rəngkarlıq əsəri sərgilənir.

Tədbir 5 mart 2015-ci il tarixində, saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında keçirilir.

Əlaqə tel.: (+99412) 492 50 19(114)

Səhifə 6 > 19-dəan