Sərgilər

Tələt Şıxəliyevin fərdi yaradıcılıq sərgisi

24.10.2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Tələt Şıxəliyevin fərdi yaradıcılıq sərgisi keçirildi.Sərgi 31.11.2014-cü il tarixinədək davam edəcək.
Foto: Ələkbər Ağasiyev

 
 

“Gürcüstandan sevgi ilə”

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Gürcüstandan sevgi ilə” adlı sərgi keçiriləcəkdir. Sərgidə 62 gürcü rəssamın 130-a yaxın əsəri nümayiş olunacaq.

Sərginin açılışı 18 noyabr 2014-cü il tarixində, saat 17.00 -da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında baş tutacaq və iki həftə davam edəcəkdir.

 
 

Təcavüz.Muzey 2014

18.10.2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində "YARAT" qeyri-kommersiya təşkilatının "Təcavüz.Muzey 2014" layihəsinin təqdimatı oldu.Sərgi 30.11.2014-cü il tarixinədək davam edəcək.

Foto: Ələkbər Ağasiyev

 
 

Əməkdar rəssam Arif Ələsgərovun 70 illik yubiley sərgisi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Arif Ələsgərovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilir. Sərginin açılışı 17.10.2014-cü il tarixində saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında keçirilir və 21 oktyabr tarixinədək davam edəcəkdir.

Foto: Ələkbər Ağasiyev

 
 

Səhifə 9 > 19-dəan