Sərgilər

“Sevgi ilə Gürcüstandan”

18 noyabr 2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstan Rəssamlarının Beynəlxalq Yaradıcılıq Birliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşəbbüsü ilə “Sevgi ilə Gürcüstandan” adlı sərgi keçirilib.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Gürcüstanın Mədəniyyət və Abidələri Mühafizə Naziri Mixael Qiorqadze, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze çıxış edərək Azərbaycan-Gürcüstan mədəni münasibətlərinin əhəmiyyətindən söz açıblar və bildiriblər ki, sərginin keçirilməsi Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı baxımından vacib addımdır.

Açılış mərasimindən sonra  Gürcüstan Milli Muzeyinin direktoru cənab David Lortkipanidze  və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru cənab Çingiz Fərzəliyev  arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə ikitərəfli müqavilə imzalandı.

Tədbirdə həmçinin, Gürcüstandan gələn bir sıra dövlət və mədəniyyət xadimləri, əsərləri sərgilənən gürcü rəssamları, Azərbaycanın görkəmli incəsənət nümayəndələri iştirak etmişdir.

Foto: Ələkbər Ağasiyev

 
 

Tələt Şıxəliyevin fərdi yaradıcılıq sərgisi

24.10.2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Tələt Şıxəliyevin fərdi yaradıcılıq sərgisi keçirildi.Sərgi 31.11.2014-cü il tarixinədək davam edəcək.
Foto: Ələkbər Ağasiyev

 
 

“Gürcüstandan sevgi ilə”

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Gürcüstandan sevgi ilə” adlı sərgi keçiriləcəkdir. Sərgidə 62 gürcü rəssamın 130-a yaxın əsəri nümayiş olunacaq.

Sərginin açılışı 18 noyabr 2014-cü il tarixində, saat 17.00 -da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında baş tutacaq və iki həftə davam edəcəkdir.

 
 

Təcavüz.Muzey 2014

18.10.2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində "YARAT" qeyri-kommersiya təşkilatının "Təcavüz.Muzey 2014" layihəsinin təqdimatı oldu.Sərgi 30.11.2014-cü il tarixinədək davam edəcək.

Foto: Ələkbər Ağasiyev

 
 

Səhifə 10 > 20-dəan