Sərgilər

“Molla Nəsrəddin - 105” jurnalının 105 illiyinə həsr olunmuş “Xalq rəssamı Əzim Əzimzadənin sərgisi”.

R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyi digər muzeylər kimi “Beynəlxalq Muzeylər günü”nə qatılır. 1977-ci ildə 18 may “Beynəlxalq muzeylər günü” təsis olunub, 1978-ci ildən etibarən bu gün qeyd olunmağa başlanıb. 18 may hər il mütəmadi olaraq bütün muzeylərdə “açıq qapı” günü elan olunmuşdur.

Bu il  18 may “Beynəlxalq muzeylər günü” Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplayan “Molla Nəsrəddin” jurnalının yaranmasının 105 illiyinə həsr olnumuşdur. “Molla Nəsrəddin” jurnalında xalqın maariflənməsinə bilavasitə təsir etmiş C. Məmmədquluzadə, Ö. F. Nemanzadə, M. Ə. Sabir, Ə. Haqverdiyev, Ə. Nəzmi, Ə. Qəmküsar, M. S. Ordubadi, M. Möcüz və Ə. Əzimzadə kimi şəxsiyyətlər fəaliyyət göstərmişdirlər.

Ardını oxu...

 
 

Əsrlərin qovuşağında

“Əsrlərin qovşağında” sərgisində XX əsrin 60-cı illərindən başlayaraq, 2000-ci illərin sonlarında avanqard üslubunda yaradılmış rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ sənət nümunələri nümayiş etdirilir. Ekspozisiyada 40-dan artıq rəssam və heykətəraşın 100-ə yaxın əsəri tamaşaçıların ixtiyarına verilmişdir.

Müasir Azərbaycan sənət ustalarının çoxcəhətli yaradıcılığı, ölkəmizin müstəqillik qazandığı dövrdə, XX əsr Azərbaycan incəsənətində ən parlaq səhifədir və müxtəlif nəsillərin ayrı-ayrı zaman kəsiyində avanqard üslubunun müxtəlif istiqamətlərində yaratdığı mənzərə, portret, məişət səhnələri qeyri-adi, fərqli yanaşma tərzi ilə seçilir.

Ardını oxu...

 
 

Hüseyn Əliyev

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə görkəmli fırça ustası, Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyevin 100 illik yubileyinə həsr olunmuş fərdi sərgisi təşkil olunub. Rəssamın yaradıcılığına həsr olunmuş “Titrəyən kölgələr, sayrışan işıq” kataloqunun təqdimat mərasimi keçirilir.

Ardını oxu...

 
 

Xalq rəssamı Oqtay Sadıqzadənin 90 illik yubleyinə həsr olunmuş fərdi sərgi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüşü ilə görkəmli fırça ustası, qocaman rəssam, Qərbi Avropa rəngkarlığının klassik, akademik portret məktəbinin qoruyucusu, “Şərəf” ordeni ilə təltif olunmuş, Azərbaycanın xalq rəssamı Oqtay Sadıqzadənin 90 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilir. Sərgidə Azərbaycan təsviri incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan fırça ustasının 100-ə yaxın qrafik və rəngkarlıq əsərləri nümayiş olunur.

Ardını oxu...

 
 

Səhifə 19 > 21-dəan