Sərgilər

“İncəsənət fotoqrafların gözü ilə” adlı 2-ci foto-müsabiqə

BP Azərbaycan şirkətinin sponsurluğu ilə  23 oktyabr 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “İncəsənət fotoqrafların gözü ilə” adlı 2-ci foto-müsabiqəyə yekun  vuruldu. Heç bir yaş məhdudiyyəti qoyulmayan müsabiqədə peşəkar fotoqraflarla yanaşı, həvəskar fotoqraflar da iştirak ediblər. Tədbirdə çıxış edən BP neft şirkətininin mətbuat xidmətinin rəhbəri  Tamam Bayatlı şirkətin Azərbaycanda olduğu 20 ildən artıq bir dövr ərzində Azərbaycanın zəngin mədəni irsinin və incəsənətinin təbliğatçısı kimi dəstək verdiyi bir sıra mühüm layihələrdən, Azərbaycan Milli İncəsənət Muzeyi  ilə BP Azərbaycan şirkəti arasında uzun müddətli əməkdaşlıqdan söhbət açaraq, “İncəsənət fotoqrafların gözü ilə” adlı layihənin həyata keçirilməsində yaradılan şəraitə görə muzeyin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Keçirilən rəsmi təqdimat mərasimində  3 qalibə mükafatlar təqdim edilmiş, həmçinin bütün iştirakçılara Azərbaycan Milli İncəsənət Muzeyi adından "Təşəkkürnamə"ilə təltif olunmuşdur. Rəsmi hissədən sonra, muzeyin sərgi salonunda müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgi nümayiş olunaraq, geniş tamaşaçı auditoriyasının ixtiyarına verilmişdir.

Fotoqraf: Ələkbər Ağasiyev

 
 

Russian Avant-Garde

Azərbaycan Milli İncəsənət Muzeyi təsviri incəsənətin zəngin kolleksiyasına malikdir. Onlardan XX əsrin əvvəllərinə aid 50-ə yaxın rus avanqardistlərinin kolleksiyası muzeyin qiymetl eksponatlarındandır. Muzeydə təşkil olunmuş sərginin ekspozisiyasında "Mir İskusstva", "Soyuz russkix xudojnikov, "Bubnovıy valet" və s. qruplaşmaların tanınmış nümayəndələrinin 40-a yaxın boyakarlıq və qrafik əsərləri nümayiş etdirilir.  "Bubnovıy valet" birliyinin rəssamlarından P.P. Koncalovskinin "Şam meşəsi", İ.İ. Maşkovun "Natur-morte"(Yığışdırılmamış mas), A.V. Lentulovun "Uspen baş kilsəsinin günbəzləri", A.V. Kuprinin "Natürmort", "Qolubaya roza" avanqard qruplaşmasının üzvləri P.V. Kuznetsovun "Bostan", P.S. Utkinin "Zəngçiçəkləri" əsəri, rəngkarlıqda qatı novatorlar asosasiyasının üzvləri A.D. Drevin, V.V. Kandinski, suprematizmin əsasını qoymuş L.M. Lisitski kimi rəssamların əsərləri nümayiş etdirilir. V.V. Kandinskinin "Cütlük", "Fayton ile mənzərə", A.D. Drevinin "Qadın portreti", F. Botkinin "Zolaqlı qadın", V.P. Belkinin "Akrobat qız", L. Zuppermanın "Kubizm" əsərləri ekspozisiyaya daxil edilmişdir. Rus incəsənəti tarixində renessans adlandırılan XX əsrin əvvəllərindəki bu dövr avanqard incəsənətin yaranmasına gətirib çıxaran amillərin bədii əksidir. “Rus Avanqardı XX əsr incəsənətinin fenomeni” adlı sərgi iyun ayının 10-dan 30-dək Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11-13 ünvanında nümayiş etdirilir. Elmi-kütləvi işlər şöbəsi  Əlaqə tel.: (+994 12) 492 07 07 (+994 12) 492 50 19 (109)


 
 

Faşizm üzərində Qələbənin qazanılmasının 70 illiyi münasibətilə görkəmli rus rəssamı Aleksandr Xarşakın fərdi yaradıcılıq sərgisi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü  ilə 5 may 2015-ci il tarixində Faşizm üzərində Qələbənin qazanılmasının 70 illiyi münasibətilə görkəmli rus rəssamı, Leninqrad şəhəri uğrunda gedən döyüşlərin iştirakçısı Aleksandr Xarşakın fərdi yaradıcılıq sərgisi keçirilir. Sərgidə rəssamın müharibə mövzusuna həsr etdiyi 30 əsəri nümayiş olunur. “1941-ci il. Cəbhəyə”, “Düşərgənin sonu”, “Şəhər-Qala”, “Leninqradlılar”, “Kəşfiyyata”, “Yırtıcının sonu”, “Atəş”, “Berlinə”, “Qayıdış” kimi əsərləri bu qəbildəndir. Sərgi 5 may 2015-ci il tarixində, saat  17.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11/13 ünvanında keçiriləcək.

Foto: Ələkbər Ağasiyev

 
 

"Metamorfoz"

18 aprel tarixində Azərbaycan Milli İncəsənət Muzeyində dizayner Mənzər Hacıyeva ilə rəssam Nərminə Vəliyevanın "Metamorfoz" adlanan birgə layihəsinin təqdimatı keçirildi.

Foto: Ələkbər Ağasiyev

 
 

Səhifə 5 > 19-dəan