Sərgilər

Azərbaycan Milli İncəsənət Muzeyində “açıq qapı”günləri

BP şirkətinin sponsurluğu ilə Azərbaycan Milli İncəsənət Muzeyində 9 günlük “açıq qapı” kampaniyası keçirilmişdir. Açıq qapı günləri 1 yanvar tarixi istisna olmaqla dekabr ayının 27-dən yanvar ayının 5-dək davam etmişdir.

 
 

Görüş Nurəddinoğlunun fərdi yaradıcılıq sərgisi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqının və Kristall Plusun birgə təşəbbüsü ilə Azərbaycanın Əməkdar rəssamı Görüş Nurəddinoğlunun fərdi yaradıcılıq sərgisi keçirilir.
Sərgidə rəssamın 100-dən artıq heykəltəraşlıq, boyakarlıq və qrafik əsərləri nümayiş olunur.

Foto: Ələkbər Ağasiyev

 
 

Sirus Mirzəzadənin anadan olmasının 70 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə Azərbaycanın əməkdar rəssamı Sirus Mirzəzadənin anadan olmasının 70 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirildi.

Foto: Ələkbər Ağasiyev

 
 

“Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş “Vətənimin səs dünyası” adlı tədbir

17 dekabr 2014- cü il saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruq İdarəsi “İçərişəhər” tarixi muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə böyük layihəsi silsiləsindən “Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş “Vətənimin səs dünyası ” adlı növbəti tədbir keçiriləcək. Tədbir çərçivəsində “DA-Art” Təsviri sənət mərkəzinin məzunlarının rəsm əsərlərindən ibarət sərgi nümayiş olunacaq. Həmçinin, T.Quliyev, Q.Qarayev, F.Şopen, F.List, C.Bize, A.Sen-Sans, İ.Brams, Q.Gendel, İ.Ştraus kimi bəstəkarların əsərlərindən ibarət konsert təşkil olunacaq.

 
 

Səhifə 7 > 19-dəan