Sərgilər

“Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş “Vətənimin səs dünyası” adlı tədbir

17 dekabr 2014- cü il saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruq İdarəsi “İçərişəhər” tarixi muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə böyük layihəsi silsiləsindən “Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş “Vətənimin səs dünyası ” adlı növbəti tədbir keçiriləcək. Tədbir çərçivəsində “DA-Art” Təsviri sənət mərkəzinin məzunlarının rəsm əsərlərindən ibarət sərgi nümayiş olunacaq. Həmçinin, T.Quliyev, Q.Qarayev, F.Şopen, F.List, C.Bize, A.Sen-Sans, İ.Brams, Q.Gendel, İ.Ştraus kimi bəstəkarların əsərlərindən ibarət konsert təşkil olunacaq.

 
 

Sirus Mirzəzadənin anadan olmasının 70 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə Azərbaycanın əməkdar rəssamı Sirus Mirzəzadənin anadan olmasının 70 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçiriləcəkdir.

Sirus Mirzəzadə 1966-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Moskva Ali Rəssamlıq Məktəbini bitirmişdir.Geniş yaradıcılıq diapozonuna malik rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlər respublika və keçmiş Sovetlər İttifaqı ilə yanaşı 1987-ci ildən başlayaraq Polşa, Fransa, Türkiyə, Almaniya, Hollandiya, Norveç, Kuba, Rumıniya, Böyük Britaniya, Macaristan, Suriya, BƏƏ,ABŞ və İtaliyanın bir çox muzey və qalereyalarında nümayiş edilib.

O,1996-ci ildə  “Humay”  mükafatına layiq görülmüşdür.

Sərgidə rəssamın 150-yə yaxın boyakarlıq və qrafik  əsərləri nümayiş olunacaqdır.

Sərginin  açılışı 9 dekabr 2014-cü il tarixində saat 17.00-da  Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında keçiriləcəkdir.

 
 

“İsti və Soyuq”

Azərbaycan Milli İncəsənət Muzeyində Mərkəzi Avropa Beynəlxalq Mədəniyyət Siyasəti Platforması, Çex Respublikasının sədrliyi ilə Avstriya, Çex, Macarıstan, Polşa və Slovakiya Respublikasının platformasındakı aktiv üzvləri “İsti və Soyuq” adı altında geniş kütlə üçün dizayner layihəsini nümayiş etdirir. Platformanın əsas məqsədi iştirakçı ölkələr:Mərkəzi Avropa, Avropa Şurası ilə yanaşı, eyni zamanda onun sərhədləri kənarında informasiya və mədəni həyat məlumatlarını yaymaqdır. Bu məqsədlə platformanın əsası qoyulandan Avropa İttifaqı Soveti sədrlərinin paytaxlarında keçirilən iki əsas illik yığıncaqlarda 50-ə yaxın layihə qəbul olunmuşdur.

Keçirilən sərginin məqsədi Avropa İttifaqı hüdudlarından kənarda Mərkəzi Avropanın ümummədəni xüsusiyyətlərini göstərmək, ictimaiyyətin müxtəlif mədəni layihələrini təqdim etməkdir. Sərgidə Avropada ənənəvi şüşə və çini istehasalı satışı ilə məşğul olan 5 ölkənin içki üçün şüşə və çini qabları nümayiş olunur. Eyni zamanda tanınmış iri istehsalçılarla yanaşı, müasir şüşə və çini məhsullarının istehsalının geniş imkanlarını göstərmək üçün, dizanyner studiyalarının işləri də sərgilənir.

Foto: Ələkbər Ağasiyev

 
 

Hot & Cold / İsti və Soyuq

 
 

Səhifə 9 > 20-dəan