Sərgilər

Əməkdar rəssam Arif Ələsgərovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Arif Ələsgərovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilir.

Arif  Məmmədhüseyn oğlu Ələsgərov 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1964-cü ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1972-ci ildə V.İ.Muxina adına Sankt-Peterburq Ali Bədii-Sənaye Akademiyasını bitirib. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Əməkdar rəssam, professor Arif Ələsgərov Azərbaycan rəssamlıq məktəbinin inkişafına və təbliğinə böyük töfhələr vermiş, qrafika və rəngkarlıq sahəsində özünəməxsus dəsti-xətt ilə tanınmışdır. Yaradıcılığında milli və ədəbi irsin, türkçülük ideyaların və qədim ənənələrin sadiq təbliğatçısı kimi çıxış edən rəssam təkrarsız  üsluba malikdir. Fərdi qrafik üslubu olan rəssamın dəzgah qrafikasının leytmotivini Abşeron, Bakı və bakılılar təşkil edir. Rəssamın qrafik löhvələri üçün şərti ifadə tərzinin bədii estetikliyini saxlamaq, onu yüksək bədii səviyyədə təqdim etmək xarakterikdir.

2000-ci illərdə rəssamın yaradıcılığında dekorativ şərti başlanğıca meyl daha da güclənir, konkret motivlərin ümumiləşdirilməsi və əsərlərində lirik obrazlığa nail olmaq cəhdi üstünlük təşkil edir.

O, həm də “Estamp tarixi və Ofort”(2001) və “Dizaynda kompozisiya”(2003) adlı kitabların müəllifidir.

Arif Ələsgərov 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək, bir çox mükafatlara layiq görülmüşdür.

Əsərləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi fondu, Azərbaycan Milli İncəsənət Muzeyi və Moskva Dövlət Şərq Xalqlarının İncəsənəti Muzeyində, Parisdə Azərbaycan Səfirliyində, eləcə də, Polşa, Macarıstan, İtaliya, Amerika. İngiltərə, Finlandiya, Almaniya, Lüksemburq, Norveç, Türkiyə və Azərbaycanda şəxsi kolleysiyalarda saxlanılır.

2008-ci ildən Türkiyənin Karadeniz Texnik Universitetində Rəssamlıq fakültəsinin professoru və kafedra müdiridir.

Sərginin açılışı 17.10.2014-cü il tarixində saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında keçirilir və 21 oktyabr tarixinədək davam edəcəkdir.

 

 

 

 

 

 

 

Əlaqə telefonu:  492-50-19 (114)

 
 

“Təcavüz. Muzey 2014”

Əziz dostlar,

Sizi böyük məmnuniyyətlə “Təcavüz. Muzey 2014 ” layihəsinin yekun sərgisinə dəvət edirik. Sərgi 18 oktyabr - 30 noyabr 2014-cü il tarixi ərzində Bakının ən böyük muzeylərində yer alacaq – Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu.

YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu layihə son bir neçə ildə gənc rəssamlar nəslinə dəstək olan ARTIM inkişaf proqramı çərçivəsində karyera yüksəlişinə imkan yaratmaq məqsədi ilə yaradılmışdır.

Bu layihənin rəhbəri – Azərbaycanın əməkdar rəssam və kuratoru Səbinə Şıxlinskayadır. Layihənin mövzusu Azərbaycanın zəngin, maddi-mənəvi mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir.

Layihənin iştirakçıları: Natavan Əliyeva, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarzayeva, İlahə Xəliqova, Aysel Nağıyeva, Rufat Aliyev, Veronika İsayeva, Orxan Qarayev, Nadir Babayev, Ayna Musayeva, Zöhrab Salamzadə, Fərhad Haqverdi, Nigar Alışeva, Çinarə Məcidova, Fatimə Hacıyeva, Rəhim Çopurov, Nəzrin Musayeva, Nigar Məmmədli, Habib Saher, Aytən Abdullayeva, Arif Əmirov, Səbinə Abbasova, Elvin Adıgözəl, Nadir Eminov, Elvin Nəbizadə, Ayxan Xəlilov, Ruhulla Həsənzadə, Pərvanə Persiyani, Hüseyn Həsənov, Nərmin İsrafilova, Fidan Hacıyeva.

 

Altı ay ərzində “Təcavüz . Muzey 2014” layihə iştirakçıları Bakı, Abşeron, Şəki, Gəncə, Lahıc və Basqala aid ən əhəmiyyətli muzeylər, arxiv və kolleksiyalar ilə tanış edildi. Azərbaycan tarixinin və incəsənətinin müasir və tamamilə gözlənilməz görünüşünü özündə əks etdirən müxtəlif sənət əşyaları bu araşdırmaların nəticəsi oldu. İştirakçılar rəssamlıq, heykəltəraşlıq, installyasiya, video-art və performans kimi müxtəlif janrlara və istiqamətlərə müraciət etdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

“Təcavüz. Muzey 2014” layihəsinin təqdimat günü – 18 Oktyabr 2014-cü il

Program:

18 Oktyabr 2014

16:00 Azərbaycan Milli İncəsənət Muzeyi (Niyazi küç. 11-13)

17:30 Azərbaycan Xalça Muzeyi (Mikayıl Useynov pr. 28)

19:30 “Atəşgah məbədi”, Dövlət Tarix-Memarlıq Qoruğu

(20:00 Performans – Nərmin İsrafilova “Səsin yaranması”)

19 Oktyabr 2014

18.00 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, rəssamlar ilə görüş

20:00 – 24:00 Azərbaycan Xalça Muzeyi, “Muzeydə gecə”, rəssamlar ilə görüş

--

www.yarat.az

Əlaqə telefon: 012 505 1414

 
 

"Avropa İrs Günləri" layihəsi

"Avropa İrs Günləri" layihəsi çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində 11-12 oktyabr 2014-cü il tarixlərində açıq qapı günləri keçirilir. Həmin günlərdə hər kəs üçün muzeyə GİRİŞ PULSUZDUR!

 
 

“Şaraku” Yaponiyanın müasir rəssamların interpretasiyasında

Azərbaycan Milli İncəsənət Muzeyində Yaponiyanın Azərbaycandakı Səfirliyi və Yaponiya Fondunun birgə təşəbbüsü ilə Toşusai Şarakunun yaradıcılığına həsr olunmuş  “Şaraku Yaponiyanın müasir rəssamların interpretasiyasında” adlı sərgi keçirilir.

Təqdim edilən sərgi “Şarakunun reproduksiyaları”, “Şaraku qrafik incəsənətdə” və “Şarakuya ehtiram” adlı 3 hissədən ibarətdir. Sərgi 28 yapon qrafik dizaynerin  və 11 rəssamın, 200 il bundan əvvəl Edo şəhərində (indiki Tokio) fəaliyyət göstərən ukiyo-e qravür janrının dahi rəssamı Toşusai Şarakunun işləri üzərində keçirtdiyi bir sınaqdır.

Sərgidə Şarakunun davamçılarının sərbəst interpretasiyasında hazırlanmış 81 sayda poster, rəsm və iri-ölçülü sənət əsərləri nümayiş olunur.

Sərgi oktyabr ayının 12-dək davam edəcək.

Foto: Ələkbər Ağasiyev

 
 

Səhifə 10 > 19-dəan