Sərgilər

Əsrlərin qovuşağında

“Əsrlərin qovşağında” sərgisində XX əsrin 60-cı illərindən başlayaraq, 2000-ci illərin sonlarında avanqard üslubunda yaradılmış rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ sənət nümunələri nümayiş etdirilir. Ekspozisiyada 40-dan artıq rəssam və heykətəraşın 100-ə yaxın əsəri tamaşaçıların ixtiyarına verilmişdir.

Müasir Azərbaycan sənət ustalarının çoxcəhətli yaradıcılığı, ölkəmizin müstəqillik qazandığı dövrdə, XX əsr Azərbaycan incəsənətində ən parlaq səhifədir və müxtəlif nəsillərin ayrı-ayrı zaman kəsiyində avanqard üslubunun müxtəlif istiqamətlərində yaratdığı mənzərə, portret, məişət səhnələri qeyri-adi, fərqli yanaşma tərzi ilə seçilir.

Ardını oxu...

 
 

Hüseyn Əliyev

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə görkəmli fırça ustası, Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyevin 100 illik yubileyinə həsr olunmuş fərdi sərgisi təşkil olunub. Rəssamın yaradıcılığına həsr olunmuş “Titrəyən kölgələr, sayrışan işıq” kataloqunun təqdimat mərasimi keçirilir.

Ardını oxu...

 
 

Xalq rəssamı Oqtay Sadıqzadənin 90 illik yubleyinə həsr olunmuş fərdi sərgi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüşü ilə görkəmli fırça ustası, qocaman rəssam, Qərbi Avropa rəngkarlığının klassik, akademik portret məktəbinin qoruyucusu, “Şərəf” ordeni ilə təltif olunmuş, Azərbaycanın xalq rəssamı Oqtay Sadıqzadənin 90 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilir. Sərgidə Azərbaycan təsviri incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan fırça ustasının 100-ə yaxın qrafik və rəngkarlıq əsərləri nümayiş olunur.

Ardını oxu...

 
 

Mamuka Tsetskhladzenin “Şəhərlər” adlı fərdi sərgisi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşəbbüsü ilə Azərbaycanda Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetskhladzenin “Şəhərlər” adlı fərdi sərgisini təşkil edib.
Azərbaycan tamaşaçısı Mamuka Tsetskhladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, dəfələrlə Bakıda keçirilən Gürcüstan təsviri sənəti sərgilərinin iştirakçısı olmuşdur.

Ardını oxu...

 
 

Səhifə 19 > 20-dəan