Tədbirlər

Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycan incəsənətinin görkəmli təbliğatçısı, professor Çingiz Fərzəliyev daha bir fəxri ada layiq görüldü

Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycan incəsənətinin görkəmli təbliğatçısı, professor Çingiz Fərzəliyev daha bir fəxri ada layiq görüldü. 16 iyul 2015-ci il tarixində Azərbaycan mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti Tiflisdə olmuşlar. Tbilisi Dövlət İncəsənət Akademiyasında həmin akademiyanın məzunu olmuş azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi keçirilmişdir. Tədbirdə Gürcüstan Milli Muzeyinin direktoru akademik David Lortkipanidze, Gürcüstanın sabiq Mədəniyyət naziri professor Valeri Asatiani və Tbilisi Dövlət İncəsənət Akademiyasının rektoru professor Giya Quqaşvili çıxış edərək Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən söhbət açmışlar. Gürcüstanın Mədəniyyət və Abidələrin Müafizəsi Nazirliyi, Tbilisi Dövlət İncəsənət Akademiyasının qərarı ilə rektor Giya Quqaşvili professor Çingiz Fərzəliyevə, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və Xalq rəssamı Salxab Məmmədova Akademiyanın “Fəxri doktoru” diplomunu təqdim etmişdir.

 
 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Gürcüstanda işgüzar səfərdə olub

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Gürcüstanda işgüzar səfərdə olub. Səfər çərçivəsində muzeyin direktoru professor Çingiz Fərzəliyev və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru Georgi Ququşvili arasında 5 illik qarşılıqlı razılıq əsasında memorandum imzalanıb. Memorandumda maarif sahəsində akademik və mədəni mübadiləni inkişaf etdirmək, eyni zamanda mübadilə sərgiləri, birgə tədqiqat işlərinin aparılması, eksponatların atribusiyası kimi müddəalar öz əksini tapıb. Bu əməkdaşlıq Azərbaycan Milli İncəsənət Muzeyinin iki ölkə arasında mədəni əlaqələrinin inkişafı və genişləndirilməsi istiqamətində ilk addımı deyil. 2014-ci ilin noyabrın 18-də Azərbaycan və Gürcüstanın Milli İncəsənət muzeyləri arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Mədəni əlaqələrin inkişafının nəticəsi olaraq son illərdə Azərbaycan Milli İncəsənət Muzeyində geniş tamaşaçı kütləsinin marağına səbəb olan Mamuka Tsetskhldzenin “Şəhərlər”, Tamara Kvisitadzenin fərdi, habelə “Xətt və boya”, “Sevgi ilə Gürcüstandan” adlı sərgilər keçirilib.

 
 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Incəsənət xadimi, professor Çingiz Fərzəliyev "Avropa Nəşr Mətbuat Evi"nin təsis etdiyi "İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi” qızıl mükafatı və diplomu ilə təltif olunmuşdur

22 may 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Incəsənət xadimi, professor Çingiz Fərzəliyev "Avropa Nəşr Mətbuat Evi"nin təsis etdiyi "İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi” qızıl mükafatı və diplomu ilə təltif olunmuşdur. “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə professor Çingiz Fərzəliyev bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, natürmort janrının mənşəyi, tarixi inkişaf yolu, estetik mahiyyəti, bədii təsvir imkanları sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, dərs vəsaitlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə rəssamlıq elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülmüşdür. Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən təqdimat mərasimində "Avropa Nəşr Mətbuat Evi”nin direktoru Şöhrət Səlimbəyli çıxış edərək müsabiqə komissiyasının Çingiz Fərzəliyevin elmi-yaradıcılıq fəaliyyətini araşdırdıraraq bu mükafatla təltif etmək haqqında yekdil qərara gəldiyini bildirdi. Çingiz müəllimin qazandığı nailiyyətlərdən, Azərbaycan incəsənətinin təbliğ olunmasında, tədqiqi və nəşrində xidmətlərindən danışaraq qızıl medalı və diplomu professora təqdim etdi. 
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi üzrə sektor müdiri Azadə Hüseynova, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova və muzeyin baş mühafizi Nailə Rəhimova söz alaraq bu mükafatın professor Çingiz Fərzəliyevə verilməsini layiqli hesab etdiklərini bildirdilər, onun bir şəxsiyyət kimi yüksək keyfiyyətlərindən, cəmiyyətdəki fəal ziyalı mövqeyindən və peşəkar tədqiqatçı, nəcib insan olmasından danışdılar. Sonda Çingiz Fərzəliyev çıxış edərək, bu yüksək mükafata görə "Avropa Nəşr Mətbuat Evi"nin rəhbərliyinə öz təşəkkürünü bildirdi.

Foto: Ələkbər Ağasiyev

 
 

Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq muzey treyninqi başladı

Azərbaycanda fəaliyyət göstərən British Council 20 ildən artıq fəaliyyəti dövründə bir çox sahələrdə layihələr həyata keçirir. İncəsənət sahəsi də əsas sektorlardan biridir. Muzey sahəsində layihənin fəaliyyət planına əsasən muzey mütəxəssisləri üçün cari ilin 22-23 aprel tarixlərində Milli İncəsənət Muzeyində ilk təlimlər keçirilməsi planlaşdırılıb. Böyük Britaniyadan dəvət olunmuş mütəxəssislərin iştirakı ilə keçiriləcək “Muzey menecmenti” layihəsi mədəni irsimizin qorunması sahəsində öz töhfəsini verəcəkdir. Treyninqində British Council-in Avropa Regionu üzrə direktoru cənab Maykl Börd, Böyük Britaniynın Azərbaycandakı səfirinin müavini cənab Stefen MakKormik, Mədəniyyət və Turizm Nazirinin müavini Sevda xanım Məmmədəliyeva, Muzey işi sektorunun müdiri xanım Azadə xanım Hüseynova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru cənab Çingiz Fərzəliyev iştirak edirlər.

Foto: Ələkbər Ağasiyev

 
 

Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş xatirə günü

14 aprel 2015-ci il tarixində Xalq rəssamı Kazım Kazımzadənin 100 illik yubileyinə həsr olunmuş xatirə günü keçirilmişdir. Tədbirdə rəssamın fərdi yaradıcılıq sərgisi, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın müəllifi olduğu “Kazım Kazımzadə” adlı kitabın təqdimatı olmuşdur.

Foto: Ələkbər Ağasiyev

 
 

Polşa Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri cənab Marek Tsalkanın Azərbaycan Milli İncəsənət Muzeyinə ziyarəti

14 aprel tarixində Polşa Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Marek Tsalkan Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət etmişdir. Səfir “Azərbaycan incəsənəti minilliklər boyu” sərgisi ilə tanış olmuş, eyni zamanda muzey rəhbərliyi ilə görüşmüşdür. Muzeyin direktoru professor Çingiz Fərzəliyevlə görüş zamanı Azərbaycan-Polşa arasında incəsənət yönümlü əlaqələrin yaradılmasının, muzey mütəxəssislərinin təcrübə mübadiləsinin mümkünlüyü, “Polşaya xoş gəlmişsiniz” adlı sərginin təşkili kimi məsələlər müzakirə olunmuşdur.

Foto: Ələkbər Ağasiyev

 
 

London şəhərində yerləşən dünya şöhrətli Viktoriya və Albert Muzeyinin direktoru cənab Martin Rotun Azərbaycan Milli İncəsənət Muzeyinə ziyarəti

9 aprel 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyini İngiltərənin London şəhərində yerləşən dünya şöhrətli Viktoriya və Albert Muzeyinin direktoru cənab Martin Rot ziyarət etmişdir. Ziyarətin məqsədi Azərbaycan incəsənəti ilə tanış olmaq, milli dəyərlərimiz haqqında ətraflı məlumat almaq və əyani şəkildə onları görmək olmuşdur. Qonağa Azərbaycanın qədim dövr incəsənəti, xalqımızın min illər öncədən çağdaş dövrədək yaratdığı sənət əsərləri haqqında geniş məlumat verilmişdir. Muzeyin zəngin toplusu, orada qorunan bir çox əsərlərin bu gün bəşər mədəniyyəti nümunəsi sayıldığı fikirlərini söyləyən cənab Martin Rotun marağına eyni zamanda miniatürlər, bədii parçalar, xalçalar, ağac üzərində təsvirlər də səbəb olmuşdur. Onun silah, hərbi geyim sənətilə, istila edilmiş torpaqlarda qalan maddi-mədəniyyət abidələrimiz, Cənubi Azərbaycanda olan sənətkarlıqla bağlı suallarına muzeyin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev və digər əməkdaşlar ətraflı cavab vermişlər. Görüşün sonunda qonağa muzeyin kolleksiyasına həsr edilmiş kitablar hədiyyə verilmişdir. Eyni zamanda cənab Martin Rot tərəfindən böyük minnətdarlıq hissi ilə gələcəkdə Viktoriya və Albert Muzeyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi arasında sənət əsərlərinin bərpası, atribusiyası, sərgi və digər sahələrdə əməkdaşlıq işlərinin birgə həyata keçirilməsi təklifi ifadə edilmişdir. Görüşün sonunda xatirə şəkli çəkilmişdir.

Foto: Ələkbər Ağasiyev

 
 

TÜRKSOY ölkələrindən dəvət olunmuş ixtisasçılarla birlikdə muzey və arxeologiya üzrə impozium keçirilmişdir

2015 il  22-26  mart tarixində Türkiyənin Şanlıurfa şəhərində TÜRKSOY ölkələrindən dəvət olunmuş ixtisasçılarla birlikdə muzey və arxeologiya üzrə  24-cü simpozium keçirilmişdir. Artıq 24 ildir ki, bu Forum Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən  təşkil olunur. Forumun əsas məqsədi- muzeylərdə qorunan arxeoloji materialların saxlanması, bərpası və konservasiyasıdır. Proqramın ayrılmaz hissəsindən biri də Türkiyənin qədim şəhərlərinin tarixi abidələri, arxeoloji qoruqları və muzeyləri ilə tanışlıqdır.  Azərbaycanı bu il Forumda : Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun aparıcı məsləhətçisi - Afaq Mahmudova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Abidələrə  və tədqiqatlara nazarət sektorunun müdiri- Arif  Əliyev və Azərbaycan Milli İncəsənət Muzeyinin  Fond şöbəsinin  Arxeoloji keramika və çini bölməsinin müdiri - Fidan Muradəliyeva təmsil etmişlər. Arif  Əliyev  - “Azərbaycanda arxeoloji abidələrin tədqiqi, qorunması,bərpası və arxeoturizmin inkişafında onların rolu”, Fidan Muradəliyeva isə - “Arxeoloji qazıntı materiallarının  Azərbaycan Milli lncəsənət Muzeyində istifadəsinin müasir praktikası”  məruzələri ilə çıxış edərək, Azərbaycanda bu istiqamətdə aparılan işlər barəsində simpozium iştirakçılarını ətraflı məlumatlandırmışlar. Çıxışlar böyük maraqla qarşılanmışdır.

 
 

Səhifə 5 > 14-dəan