Tədbirlər

Təşəkkürnamə

12 mart 2015-ci il tarixində məşhur çinli rəssam Vanq Hai Qinq çəkdiyi"Gizli məna" əsərini Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə etmişdir. Bununla əlaqədar təşkil olunmuş mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, muzeyin direktoru professor Çingiz Fərzəliyev və muzeyin digər əməkdaşları iştirak etmişdirlər. Çingiz Fərzəliyev qonağı salamlayaraq muzeyə hədiyyə edilən əsərə görə təşəkkürünü bildirmişdir. Öz növbəsində çinli rəssam da Azərbaycana səfər etməsindən məmnunluğunu bildirmiş və qeyd etmişdir ki, iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsində əlimizdən gələni etməliyik.

Foto: Ələkbər Ağasiyev

 
 

Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş musiqili ədəbi-bədii gecə

26 fevral 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin “Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planın təsdiq edilməsi haqqında”  26 yanvar 2015-ci il 6 nömrəli Sərəncamına uyğun olaraq  Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilmişdir. Anım gecəsində Teymur Göyçayevin rəhbərliyi ilə  Bülbül adına orta ixtisas musiqi məktəbinin  şagirdlərinin ifasında bəstəkarlardan A.Zeynalli, F.Bədəlbəyli, A.Rzayev, H.Xanməmmədov, V.Adıgözəlov, F.Əmirovun  əsərlərindən ibarət musiqi parçaları  və muğamlar, xalq mahnıları və Qarabağ şikəstəsi səsləndirilmişdir.

Foto: Ələkbər Ağasiyev

 
 

Beynəlxalq muzey treninqi

2015- ci ilin aprel-may aylarında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi və Britaniya Şurasının əməkdaşlığı çərçivəsində Böyük Britaniyadan dəvət olunacaq muzey mütəxəssislərinin bələdçiliyi ilə Azərbaycanın paytaxt və region muzeylərində çalışan muzey mütəxəsisslərinin inkişafı, eləcə də ictimaiyyətin  muzeyə olan marağının artırılması sahəsində uzun müddətli layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı cari ilin fevral ayında Britaniya Şurasının Muzey, Kitabxana, Arxiv sahəsi üzrə regional məsləhətçisi Ceyn Viksi və bu sahə üzrə digər mütəxəssisi Coannna van Mil Böyük Britaniyadan Azərbaycana səfər etmişlər. Səfər çərçivəsində mütəxəsisslər 24 fevral tarixində Azərbaycan Milli İncəsənət Muzeyində ehtiyacların və boşluqların tədqiq edilməsi məqsədilə Bakının müxtəlif muzeylərində çalışan muzey əməkdaşları ilə görüşmüş və dəyirmi masa keçirmişlər. Tədbirin açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda xanım Məmmədəliyeva, Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfiri cənab İrfan Siddiq, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru cənab Çingiz Fərzəliyev, Muzey işi sektorunun müdiri Azadə xanım Hüseynova ,  Britaniya Şurasının (British Council Azerbaijan) ölkə üzrə direktoru xanım Elizabet Vayt iştirak etmişdir. Tədbirin birinci hissəsinin sonunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfiri İrfan Sıddıq, Britaniya Şurasının ölkə üzrə direktoru Elizabet Vayt və tədbir iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə yaxından tanış olmuşdurlar. 40-a yaxın muzey əməkdaşının cəlb olunduğu görüş uğurlu və səmərəli keçmişdir. Aparılan dialoq əsnasında ölkəyə səfər etmiş mütəxəsisslər muzey əməkdaşlarını maraqlandıran mövzularla tanış olmuş, mühüm məsələləri müzakirə etmiş, treninqlər (workshop) keçirilmişdir. Söylənilən fikirlər nəticəsində muzeylərin gələcək fəaliyyətlərinin gücləndirilməsi və səmərəli təlim proqramının hazırlanması üzərində işlənəcəkdir. Əminik ki, bu görüş mədəni irsimizin qorunması sahəsində gələcək layihə fəaliyyətinə öz əvəzsiz töhfəsini verəcəkdir.

foto: Ələkbər Ağasiyev

 
 

Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş musiqili ədəbi-bədii gecə

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin “Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planın təsdiq edilməsi haqqında” 26 yanvar 2015-ci il 6 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçiriləcək. Anım gecəsində Teymur Göyçəyevin rəhbərliyi ilə  Bülbül adına orta ixtisas musiqi məktəbinin  şagirdləri çıxış edəcəkdir. Tədbir 26 fevral 2015-ci il tarixində, saat 15:00- da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında keçiriliəcək.

 
 

Muzeyin qonaqları

Ölkəmizdə səfərdə olan Türkiyənin Əmək və Sosial Müdafiə nazirinin müşaviri Ahmet Erdem, Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutunun (TODAİE) baş direktoru Aslan Onur Erder və əməkdaşları, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Namık Ata 25 yanvar 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin qonağı olmuşlar.

Foto: Ələkbər Ağasiyev

 
 

Hollandiya səfəri

Cari ilin yanvar ayının 21-dən 24-ə qədər Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev və müzeyin elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev Hollandiyada Azərbaycan Respublikasının bu ölkədəki səfiri cənab M.N.Əfəndiyevin şəxsi dəvətilə işgüzar səfərdə olmuşlar. Səfərin başlıca məqsədləri  Hollandiyanın aparıcı muzeylərinin rəhbərliyi ilə tanış olmaq və qarşılıqlı maraq doğura biləcək layihələrin həyata keçirilməsi haqqında danışıqların aparılması olmuşdur. Bu məqsədlə yanvar ayının 22-də səfirlikdə cənab səfirin birbaşa iştirakı ilə bir qrup hollandiya muzey rəhbərləri və səlahiyyətli şəxsləri ilə görüş baş vermişdir. Görüşdə Hollandiya tərəfindən  Dutch Culture - beynəlxalq mədəni əlaqələrin koordinasiyası ictimai birliyinin direktoru cənab Cees dee Graaff, Cobra-muzeyinin biznes inkişafı və əməkdaşlıq üzrə departamentinin nümayəndəsi cənab Bert Meennings, Amsterdam şəhərindəki  Rembrandtın ev-muzeyinin direktoru cənab Michael Huijser, The Holland Times qəzetinin və Azərbaycan-Niderland web platformasının kontent meneceri Arnold Utama iştirak etmişdirlər. Görüşdə aparılan fikir mübadiləsi zamanı  gələcəkdə qarşılıqlı  maraq doğura biləcək hədəf nöqtələri müəyyən edilmişdir.

Eyni zamanda Azərbaycan tərəfi yerli mütəxəssisləri Azərbaycan Milli İncəsənət muzeyinin sərgi imkanları barəsində bilgilərlə təmin etmişdir. Keçirilən sərgilər, dövlətin ali rəhbərliyinin mədəniyyətə və incəsənətə göstərdikləri diqqət və qayğı barəsində ətraflı məlumat verilmişdir. Qonaqlara şərh olunan mövzulara dair video filimlər nümayiş etdirilmiş, muzeyin nəşr etdirdiyi çeşidli çap məhsulları paylanılmışdır.

Yanvarın 23-də Çingiz Fərzəliyev və Toğrul Əfəndiyev Amsterdam şəhərində Rembrandtın ev-muzeyinə səfər etmişlər. Burada onları qarşılayan muzey direktoru və onun əməkdaşları qurumlarının fəaliyyətləri barəsində ətraflı məlumat vermişlər və qonaqları muzeyin ekspozisiyası ilə tanış etmişlər.

Muzey kolleksiyasının əsasını dahi rəssamın qrafik əsərləri təşkil etdiyindən (ofort, rəsm, qravür və s.)  belə sərgilərin daşınmasının çox  çevik və rahat olduğu başlıca amil kimi vurğulanmışdır.

Belə bir sərginin Azərbaycanda daha böyük maraq  doğurmasını təmin etmək məqsədilə mövzunun seçilməsi ətrafında ilkin fikir mübadiləsi aparılmışdır. Bu məqsədlə muzeyin rəhbərliyinin və Niderland mədəniyyət mərkəzinin müdirinin tezliklə Bakıya gəlməsi təklif olunmuşdur. Təklif böyük məmmunluqla qəbul edilmişdir.

 
 

A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin direktoru Marina Loşak və həmkarları Azərbaycan Milli İncəsənət Muzeyində

25 yanvar 2015-ci il tarixində Rusiyanın A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin direktoru Marina Loşak və həmkarları Azərbaycan Milli İncəsənət Muzeyinin qonağı olmuşlar. Görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin muzey işi üzrə sektor müdiri Azadə Hüseynova və Azərbaycan Milli İncəsənət  Muzeyinin əməkdaşları iştirak etmişdir. Görüş əsnasında dəyirmi masa keçirilmiş, Azərbaycan Milli İncəsənət Muzeyi ilə  A.S.Puşkin adına  Dövlət Təsviri İncəsənət Muzeyi arasında gələcək əməkdaşlıq əlaqələrindən söhbət açılmışdır. Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Foto: Ələkbər Ağasiyev

 
 

"National Geographic Azərbaycan"

14 yanvar 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində müxtəlif yönümlü elmi və aktual məqalələr, qeyri-adi foto illüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edən məşhur "National Geographic" jurnalının Azərbaycan versiyası olan "National Geographic Azərbaycan" jurnalı ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində jurnalın baş redaktoru Seymur Teymurov, baş redaktorun müavini Seymur Məmmədli və Art-director Tariyel Kərimov ilə görüş keçirilmişdir.

Görüşdə muzeyin elmi əməkdaşlarının iştirak ilə muzeyin kolleksiyasından seçilən maraqlı və müəyyən elmi tarixə malik əsərlərin prezentasiyaından, sonra  qonaqlar  muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Bu görüş "National Geographic Azərbaycan" jurnalı ilə əməkdaşlığın uzun müddət davam etməsində və müvafiq sahədə əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaqdır.

 
 

Səhifə 6 > 14-dəan