Tədbirlər

“ArtiShok” şirkətinin birgə təşəbbüsü ilə bütün yaş qrupundan olan uşaqlar üçün intellektual-əyləncəli “Art yolka” şənlikləri

Dekabrın 26-dan 29-dək Azərbaycan Milli İncəsənət Muzeyi və “ArtiShok” şirkətinin birgə təşəbbüsü ilə bütün yaş qrupundan olan uşaqlar üçün intellektual-əyləncəli “Art yolka” şənlikləri keçirilmişdir. “Art yolka” şənliklərində uşaqlar həmişəki tədbirlərdən fərqli olaraq xüsusi bayram atmosferində peşəkar muzey əməkdaşlarının,cizgi filmləri personajlarının və nağıl qəhrəmanlarının müşayiəti ilə muzeyin maraqlı eksponatlarına tamaşa etmiş, həmçinin şənliyə daha da rəng qatan bir-birindən maraqlı müsabiqələrin iştirakçısı olmuşlar.Sonda isə uşaqlar üçün cizgi filmi nümayiş olunmuşdur.

 
 

“Aydınlığa doğru”

22 dekabr 2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində '“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə  Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının üzvü, yazıçı, ssenarist, sənətşünas, Əməkdar incəsənət xadimi Sara Oğuz Nəzirovanın 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

Gecədə Sara xanımla bir neçə filmə imza atmış kino rejissoru, Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin  Sara Oğuzun çoxsahəli zəngin yaradıcılığına və həyat yoluna həsr olunmuş  sənədli filmi nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edən yazıçı - dramaturq Əli Əmirli,  kino rejissor, Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadə,teatrşünas, tənqidçi, sənətşünaslıq elmləri namizədi Aydın Talıbzadə, o cümlədən digər tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri,qələm dostları yazıçı haqqında ürək sözlərini, xatirələrini səsləndirmişlər.

Foto: Ələkbər Ağasiyev

 
 

“Vətənimin səs dünyası”

17 dekabr 2014- cü il saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruq İdarəsi “İçərişəhər” tarixi muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə böyük layihəsi silsiləsindən “Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş “Vətənimin səs dünyası” adlı növbəti tədbir keçirilmişdir.Tədbir çərçivəsində “DA-Art” Təsviri sənət mərkəzinin məzunlarının rəsm nümunələrindən ibarət sərgi nümayiş olunmuşdur.Həmçinin, gənc ifaçıların müşayiəti ilə T.Quliyev, Q.Qarayev, F.Şopen, F.List, C.Bize, A.Sen-Sans, İ.Brams, Q.Gendel, İ.Ştraus kimi bəstəkarların əsərlərindən ibarət konsert təşkil olunmuşdur.

Foto: Ələkbər Ağasiyev

 
 

“Aydınlığa doğru”

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi Azərbaycan Milli İncəsənət Muzeyi ilə birlikdə Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının üzvü yazıçı, ssenarist, sənətşünas, Əməkdar incəsənət xadimi Sara Oğuz Nəzirovanın 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirir.

Mərhum yazıçının yaxın dostlarının, onun böyük sənətini sevənlərin, o cümlədən tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə baş tutacaq  gecədə Sara xanımla bir neçə filmə imza atmış kino rejissoru, Əməkdar incəsənət xadimi Şamil Nəcəfzadənin  Sara Oğuzun çoxsahəli zəngin yaradıcılığına və həyat yoluna həsr olunmuş  sənədli filmi nümayiş etdiriləcək, qələm dostlarının yazıçı haqqında ürək sözləri, xatirələri səslənəcək.

Xatirə gecəsi 22 dekabr, saat 15.00-da  Azərbaycan Milli İncəsənət Muzeyinin kino zalında  keçiriləcək.

 
 

CODART

Azərbaycan Milli İncəsənət Muzeyinin dəvəti ilə 14 dekabr 2014-cü il tarixində CODART - holland və flamand incəsənəti kuratorlarının beynəlxalq təşkilatının rəhbəri Alie Gotrter və Jan Hesselingi Bakıda işgüzar səfərdə olmuşlar. Səfər çərçivəsində onlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyevanın qəbulunda olmuşlar. Onlar eyni zamanda Azərbaycan Dövlət Xalça Muzeyi, Qız Qalası, İçəri şəhər və Elmi Bərpa mərkəzinə tanışlıq məsəqdilə səfərləər etmişlər. Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən görüşdə muzeyin direktoru cənab Çingiz Fərzəliyev və əməkdaşları iştirak etmişlər. Qonaqlar- Alie Gotrter və Jan Hesselingi muzeyin kolleksiyasına daxil olan nəfis holland və flamand sənət nümunələrinin atributsiyası məqsədilə, rəngkarlıq və qrafika fondlarında qorunub saxlanılan sənət nümunələrinə baxış keçirtmişlər. Bu səfərin nəticəsi olaraq CODART təşkilatı ilə yaradılan əməkdaşlıq uzun müddət davam edəcək və müvafiq sahədə əlaqələrin daha da genişləndirilməsində, təcrübə mübadiləsində mühüm rol oynayacaqdır.

 
 

Azərbaycan Milli İncəcəsənət Muzeyi və “ArtiShok”şirkəti təqdim edir

Muzeydə bütün yaş həddli uşaqlar üçün intellektual-əyləncəli “Art Yolka” şənlikləri.

Art-Yolka şənliyində uşaqlar  həmişəki şənliklərdən fərqli olaraq unikal bayram atmosferində peşəkar muzey əməkdaşlarının  və aktyorların müşayiəti ilə qədim tariximizin sehirli aləminə səyahət edəcək, muzeyin maraqlı eksponatları ilə tanış olacaq, rəssamlıq sənəti və məşhur rəssamlarımız haqqında geniş məlumat qazanacaqlar.

Eyni zamanda uşaqları şənliyin əyləncəsinə daha da rəng qatacaq bir-birindən maraqlı müsabiqələr, cizgi film personajlarının, nağıl qəhrəmanlarının əsrarəngiz çıxışları, hədiyyələr və sonda isə kinoseans gözləyir.

İlin ən intellektual Yeni il şənliyini keçirmək imkanını qaçırmayın!

Valideynlər üçün ayrıca gözləmə şəraiti yaradılacaqdır.

Tədbir 26-27-28-29 dekabr, 2014-cü il tarixlərində, saat 10:30;   13:00;   15:30 da başlayır.

Məlumat üçün telefonlar: (+ 99412) 492 50 19 (114;131)

Biletin qiyməti – 35 AZN

Biletləri əldə etmək üçün əlaqə:

Tel:    +994124085548

Mob:  +994552309277

 
 

CODART

CODART - holland və flamand incəsənəti kuratorlarının beynəlxalq təşkilatı olaraq, Amsterdam Ticarət Palatasının qeyri-kommersiya  təşkilatı kimi qeydiyyatdan keçmişdir.1998-ci ildən əsası qoyulmuş  Niderland, Belçika və Lüksemburqun keçmiş sənətkarlarının  incəsənəti sahəsində mühüm rol oyanır. Bu mühüm kuratorlar təşkilatı Şimali Avropa incəsənətinin kolleksiyası haqqında məlumat verməklə yanaşı, həmçinin qorunması üçün də məsulliyyət daşıyır.

2014-ci ilin  bu gününədək bu təşkilatın tərkibinə 53 ölkədən 703 kurator daxildir.

2014-cü ildən Azərbaycan Milli İncəsənət Muzeyi respublikada fəaliyyət göstərən muzeylər arasında ilk olaraq CODART təşkilatına üzv seçilmişdir.

Kolleksiyamıza daxil olan  Holland və Flamand sənət əsərlərinin atributsiyası məqsədilə, CODART təşkilatının rəhbəri və nümayəndələrinin muzeyimizə gəlişi gözlənilir.

 
 

Jurnal "Baku"

Rusiyada nəşr olunan, artıq bir çox Avropa ölkələrində və Amerikada tanınan nüfuzlu "Baku" jurnalının noyabr-dekabr 2014-cü il yeni buraxılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev haqqında məqalə dərc olunmuşdur.

 
 

Səhifə 7 > 14-dəan