Tədbirlər

Əsədova Xədicə Vəli qızı - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin əmri ilə 28 avqust 2014-cü il tarixindən Azərbaycan Milli İncəsənət Muzeyinə elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.

Əsədova Xədicə Vəli qızı - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin əmri ilə 28 avqust 2014-cü il tarixindən  Azərbaycan Milli İncəsənət Muzeyinə elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.

 
 

“Muzeylər cəmiyyətin bütün sfera və təbəqələrinin həyatında mühüm amil kimi” adlı treninq

Azərbaycan Milli İncəsənət Muzeyi və Britaniya Şurasının (British Council) əməkdaşlığı çərçivəsində muzeyin innovasiyalar və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Əminə Məlikova avqustun 24-29-da Londonda muzey mütəxəssiləri üçün keçirilən beynəlxalq treninqdə iştirak etmişdir.London Universiteti (muzey işi fakültəsi), Britaniya Şurası və “Petri” Britaniya Misir Arxeologiyası Muzeyi tərəfindən təşkil olunmuş treninqi Böyük Britaniyanın “Viktoriya və Albert”, Britaniya Muzeyi, Villiam Moris qalereyası kimi məşhur muzeylərinin ekspert və mütəxəssisləri aparmışlar.Treninq “Muzeylər cəmiyyətin bütün sfera və təbəqələrinin həyatında mühüm amil kimi” mövzusuna həsr olunmuşdur. Treninqin yeniliklərin öyrənilməsi baxımından böyük əhəmiyyəti olmuşdur, çünki məhz bu cür tədbirlərdə yeni ideyalar yaranır, yeni münasibətlər qurulur və nəticədə yeni muzey layihələri meydana çıxır.Treninqdə Azərbaycan, Misir, Bəhreyn, Fələstin, Çin, Braziliya, Filippin və digər ölkələrdən olan muzey mütəxəssiləri, konservatorlar, restavratorlar iştirak etmişlər. Biz 2015-ci ilin əvvəlində Britaniya Şurasu və BP-nin dəstəyi ilə muzeyimizin bazasında belə bir treninq keçirməyi planlaşdırırıq. Böyük Britaniya muzeylərinin aparıcı mütəxəssisləri bu tədbirə dəvət olunacaqlar. Məqsəd muzey mütəxəssisləri arasında ünsiyyətin qurulması, təcrübə mübadiləsinin təşkili, yeni müasibətlərin yaradılması və əlbəttə ki, fəaliyyətimizin genişləndirilməsidir.

 
 

Belarus Respublikasının Səfirliyinin tədbiri

İyulun 25-də Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Respublikasının Milli Bədii Muzeyi arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə ikitərəfli müqavilə imzalandı. 

İmzalanma mərasimindən əvvəl  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva hər iki ölkə arasında əlaqələrin yüksələn xətlə davam etməsindən söz açdı, mədəni əməkdaşlığın genişləndiyini xüsusilə qeyd etdi. 

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda muzey işinin inkişafına diqqət və qayğısından danışan nazir müavini bu gün həmin siyasətin Prezident İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğuladı. 

Qeyd olundu ki, son illərdə ölkəmizin hər yerində muzeylərin sayı artıb, bir sıra muzeylərdə yenidənqurma və bərpa işləri aparılıb, onların maddi-texniki bazası möhkəmləndirilib. 

Belarus Respublikasının Milli Bədii Muzeyinin baş direktoru Vladimir Prokoptsov müqavilənin imzalanmasının mühüm tarixi hadisə olduğunu dedi və müvafiq sahədə əlaqələrin daha da genişlənməsinə, təcrübə mübadiləsinə öz layiqli töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Mədəni dialoqun vacibliyindən danışan qonaq Azərbaycandakı muzey işinin təcrübəsini yüksək qiymətləndirdi. 

Mərasimdə çıxış edən Belarus Respublikasının Azərbaycandakı səfirinin müşaviri Dmitri Qorbaçov müqavilənin əhəmiyyətini vurğulayaraq Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirdi. 

İncəsənət muzeyləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli müqaviləni Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Belarusun Milli Bədii İncəsənət Muzeyinin direktoru Vladimir Prokoptsov imzaladılar.

Müqavilə muzey işi ilə bağlı konfransların, simpoziumların, treninqlərin keçirilməsini, mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi, muzey işində kadrların, ixtisasların artırılması, müasir texnologiyaların tətbiqi, marketinq sahəsində təcrübə mübadiləsi, beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq və digər məsələləri əhatə edir.

Foto: Ələkbər Ağasiyev

 
 

ABŞ səfirliyinin tədbiri

24 iyul 2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində 2012-ci ildən ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morningstarın səlahiyyətlərinin bitməsi münasibətilə vida mərasimi keçirilmişdir. Səfir çıxışında “Mən həmişə Azərbaycanın dostu olmuşam və olacağam” sözlərini vurğulamışdır.

Foto: Ələkbər Ağasiyev

 
 

Belarus Respublikasının Səfirliyinin tədbiri

Belarus Respublikasının Azərbaycanda fəaliyyət göstərən Səfirliyi tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyə müraciət edilərək bildirilmişdir ki, Belarus Respublikasının Milli Bədii Muzeyinin direktoru Vladimir İvanoviç Prokoptsov 21-25 iyul 2014-cü il tarixlərində Bakıda işgüzar səfərdə olacaqdır. Cənab V.İ. Prokoptsov tərəfindən muzeylərimiz arasında gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə ikitərəfli müqavilə imzalanması təklif edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 25 iyul 2014–cu il tarixində saat 12.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında yerləşən binasında tədbir keçiriləcək.

 
 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev, Böyük Britaniyanın Kembric Universitetinin təsis etdiyi 2014-cü il “İncəsənətdə görkəmli şəxs” mükafatına namizədliyi təqdim olunmuşdur

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev, Böyük Britaniyanın Kembric Universitetinin təsis etdiyi 2014-cü il “İncəsənətdə görkəmli şəxs” mükafatına namizədliyi təqdim olunmuş və Böyük Britaniyanın Beynəlxalq Bioqrafik Mərkəzinin incəsənətdə görkəmli şəxslər siyahısına daxil edilmişdir.

Mükafatlandırma mərasimi 2014-cu ilin sentyabrında Beynəlxalq incəsənət, kommunikasiya, elm və texnologiya konqressi çərçivəsində Kembric Universitetinin Kral zalında keçiriləcək.

Xatırladaq ki, Çingiz Fərzəliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Özbəkistan İncəsənət Universitetinin fəxri professorudur, 2010-ci ildən Azərbaycan Milli İncəsənət Muzeyinə rəhbirlik edir, “Azərbaycan rəngkarlığının antologiyası”, “Azərbaycan Milli İncəsənət Muzeyi”, “Azərbaycan xalq sənəti”, “Natürmort” və bir çox kitabların müəllifidir.

 
 

"Azərbaycan incəsənəti fotoqrafların gözü ilə" adlı müsabiqə

BP şirkətinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində  “Beynalxalq Muzeylər Günü” ilə əlaqədar  16 may saat 16.00-da "Azərbaycan incəsənəti fotoqrafların gözü ilə" adlı müsabiqənin nəticələrinə görə mükafatlar təqdim olunmuş və müsabiqə iştirakçılarının fotolardan ibarət sərgi nümayiş olunmuşdur.

Foto: Ələkbər Ağasiyev

 
 

“Beynalxalq Muzeylər Günü” ilə əlaqədar “Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” adlı foto müsabiqə

 

Azərbaycan Milli İncəsənət Muzeyi, respublikamızda hər il keçirilən 18 may “Beynalxalq Muzeylər Günü” ilə əlaqədar “Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” adlı foto müsabiqə keçirib. Müsabiqənin qalibləri may ayının 16-da Azərbaycan Milli İncəsənət Muzeyi, Niyazi 11 ünvanında, saat 16.00-da elan ediləcəkdir.
 
 

Səhifə 8 > 13-dəan