Tədbirlər

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev, Böyük Britaniyanın Kembric Universitetinin təsis etdiyi 2014-cü il “İncəsənətdə görkəmli şəxs” mükafatına namizədliyi təqdim olunmuşdur

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev, Böyük Britaniyanın Kembric Universitetinin təsis etdiyi 2014-cü il “İncəsənətdə görkəmli şəxs” mükafatına namizədliyi təqdim olunmuş və Böyük Britaniyanın Beynəlxalq Bioqrafik Mərkəzinin incəsənətdə görkəmli şəxslər siyahısına daxil edilmişdir.

Mükafatlandırma mərasimi 2014-cu ilin sentyabrında Beynəlxalq incəsənət, kommunikasiya, elm və texnologiya konqressi çərçivəsində Kembric Universitetinin Kral zalında keçiriləcək.

Xatırladaq ki, Çingiz Fərzəliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Özbəkistan İncəsənət Universitetinin fəxri professorudur, 2010-ci ildən Azərbaycan Milli İncəsənət Muzeyinə rəhbirlik edir, “Azərbaycan rəngkarlığının antologiyası”, “Azərbaycan Milli İncəsənət Muzeyi”, “Azərbaycan xalq sənəti”, “Natürmort” və bir çox kitabların müəllifidir.

 
 

"Azərbaycan incəsənəti fotoqrafların gözü ilə" adlı müsabiqə

BP şirkətinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində  “Beynalxalq Muzeylər Günü” ilə əlaqədar  16 may saat 16.00-da "Azərbaycan incəsənəti fotoqrafların gözü ilə" adlı müsabiqənin nəticələrinə görə mükafatlar təqdim olunmuş və müsabiqə iştirakçılarının fotolardan ibarət sərgi nümayiş olunmuşdur.

Foto: Ələkbər Ağasiyev

 
 

“Beynalxalq Muzeylər Günü” ilə əlaqədar “Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” adlı foto müsabiqə

 

Azərbaycan Milli İncəsənət Muzeyi, respublikamızda hər il keçirilən 18 may “Beynalxalq Muzeylər Günü” ilə əlaqədar “Azərbaycan incəsənəti fotoqrafların gözü ilə” adlı foto müsabiqə keçirib. Müsabiqənin qalibləri may ayının 16-da Azərbaycan Milli İncəsənət Muzeyi, Niyazi 11 ünvanında, saat 16.00-da elan ediləcəkdir.
 
 

"Əbədi Gənc Bakı" Ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr edilmiş tədbir

7 may 2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Ümummilli lideri H. Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Əbədi Gənc Bakı” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi “İçərişəhər” tarixi muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə böyük layihəsi idi.
Tədbirdə “Bakı-dünən, bu gün və sabah" videoçarxı, rəqəmli formatda “Qədim şəhərə səyahət” filmi və Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sərgi nümayiş olundu.
Məruzəylə “İçərişəhər” tarixi muzeyinin baş mütəxəssisi F.Seyidova çıxış etdi. Tədbirdə, həmçinin T.Quliyevin, R.Hacıyevin, V.Mustafazadənin, F.Bədəlbəylinin, S.Ələsgərovun, F.Sücəddinovun və başqa bəstəkarların əsərlərindən ibarət konsert keçirildi.

Foto: Ələkbər Ağasiyev

 
 

"Əbədi Gənc Bakı" Ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr edilmiş tədbir

7 may 2014-cü il tarixində saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Ümummilli lideri H. Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Əbədi Gənc Bakı” adlı tədbir keçiriləcək.

Tədbir Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi “İçərişəhər” tarixi muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə böyük layihəsidir.

Tədbirdə “Bakı-dünən, bu gün və sabah" videoçarxı, rəqəmli formatda “Qədim şəhərə səyahət” filmi və Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sərgi nümayiş olunacaq.

Məruzəylə “İçərişəhər” tarixi muzeyinin baş mütəxəssisi F.Seyidova çıxış edəcək. Tədbirdə, həmçinin T.Quliyevin, R.Hacıyevin, V.Mustafazadənin, F.Bədəlbəylinin, S.Ələsgərovun, F.Sücəddinovun və başqa bəstəkarların əsərlərindən ibarət konsert olacaq.

Tədbir Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında yerləşən binasında keçiriləcək.


 
 

Vilyam Şekspir

23 aprel 2014-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində dahi ingilis dramaturqu və şairi Vilyam Şekspirin 450 illik yubileyinə ithaf olunmuş anım gecəsi keçirildi. Anım gecəsində British Council Azərbaycan ofisinin direktoru xanım Elizabet Vayt və Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab İrfan Siddiq çıxış etdilər.Sonda Gənc Tamaşaçılar Teatrının aktyorları V.Şeksprin "Romeo və Cülyetta" əsərindən fraqment ifa etdilər.

Foto: Ələkbər Ağasiyev

 
 

“18 - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş təntənəli bayram mərasimi keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" şirkətinin təşkilatçılığı, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın dəstəyi ilə 18 aprel  tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “18 - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş təntənəli bayram mərasimi keçirilmişdir. Tədbirdə ölkəmizin mədəni irsinin tədqiqi, mühafizəsi və təbliği sahəsində görülən işlərin təşviq olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Milli irs mükafatı"nın 2014-cü il üzrə nominantlarının mükafatlandırma mərasimi olub.  Həmçinin Mədəniyyət və Turizm Nazirliyi, "PAŞA Həyat Sığorta" və "İrs" Nəşriyyat Evinin birgə layihəsi olan "Qobustan - minilliyin kitabı" və "Qədim qalanın yuxuları" kitablarının təqdimatı keçirilib.
Tədbir konsert proqramı ilə başa çatıb.

Foto: Ələkbər Ağasiyev

 
 

“Berlin-Bakı”

11 aprel 2014-cü il tarixində Berlin Weissensee İncəsənət Universitetinin rektoru xanım Leoni Baumannın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - “Berlin-Bakı” Qalereyasının direktoru İbrahim Ehrari, professorlar  Hannes  Brunner və Albrext  Şefer ilə  muzeyimizin  qonağı olmuşdur. Onları  Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev qarşılamış, görüşdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektor müavini Səlhab Məmmədov və  muzeyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əminə Məlikova da iştirak etmişlər. Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış oldular.

 
 

Səhifə 9 > 14-dəan