Tədbirlər

BP – Azərbaycan

“BP – Azərbaycan” şirkətinin sponsorluğu ilə Azərbaycan Milli İncəsənət Muzeyində (02.01.2014-12.01.2014-dək) 10 günlük açıq qapı kampaniyası keçirilir.

 
 

Əşrəf Heybət

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşbbüsü ilə Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətin əsərlərindən ibarət Azərbaycanda “İthaf.Şərq və Qərb arasında” adlı rəssamın ilk fərdi yaradacılıq sərgisi keçirilir.

 
 

Azərbaycan Milli İncəsənət Muzeyində 10 günlük “açıq qapı ”



BP şirkətinin sponsurluğu ilə Azərbaycan Milli İncəsənət Muzeyində 10 günlük “açıq qapı ” kampaniyası keçirilir. Açıq qapı günləri 17, 20, 21, 24 mart tarixləri istisna olmaqla mart ayının 15-dən 28-dək davam edəcək.

Muzeyə giriş saat 10.00-dan 17.00-dəkdir.

 
 

5 iyul 2013-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasının xüsusi təqdimatı keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli sərəncamına əsasən, 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları  əməkdaşlarının peşə bayramı qeyd edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi  və Azərbaycan  Milli  İncəsənət  Muzeyi “Səba” ticarət markası və “Artişok” şirkətinin dəstəyi ilə Azərbaycanda akkreditə olunmuş səfirlik əməkdaşları üçün 5 iyul 2013-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasının xüsusi təqdimatı keçirilmişdir.

Ardını oxu...

 
 

Azərbaycan Milli İncəsənət Muzeyində Afina Akropol muzeyinin Prezidenti prof. Dimitros Pandermalislə görüş keçirilmişdir

31 may  2013-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Afina Akropol muzeyinin Prezidenti prof. Dimitros Pandermalislə görüş keçirilmişdir. Cənab  Dimitros Pandermalis Bakıya II  Mədəniyyətlərarası Beynəlxalq Forumda iştirak etmək üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəvət olunmuşdur.  Görüşdə 50-yə yaxın respublika mərkəzi  muzeylərinin  təmsilçiləri, o cümlədən qədim iştirak etmişdir. Professor Pandermalis görüş   iştirakçıları qarşısında arxeoloji qazıntılar  və elmi-tədqiqat  işləri  barədə  təqdimat ilə çıxış etmiş və sualları cavablandırmışdır.

 

 
 

Azərbaycan Milli İncəsənət Muzeyində konsert keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan  Milli  Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi  Alla Əfəndiyevanın tələbələrinin iştirakı ilə konsert keçiriləcək.

Konsertdə tələbələrdən Leyla Əhmədxanova, Roza Həsənova, İsmayıl İsazadə ,Azərbaycan, Avropa, rus bəstəkarlarının əsərlərindən  ibarət konsertlə çıxış edəcəklər.

Konsert 31 may  2013-cü il tarixində, saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin  Niyazi küçəsi 11 ünvanında yerləşən binasında keçiriləcək.

Əlaqə telefonu :492-50-19 (114)

 
 

Azərbaycan Milli İncəsənət Muzeyində klassik musiqi gecəsi keçirilir.

Azərbaycan Milli İncəsənət Muzeyində klassik musiqi gecəsi keçirilir. Gecədə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti Cavad Cavadzadə (kontrabas) və Bakı Musiqi Akademiyasının konsertmesteri Ədilə Əhmədzadənin (fortepiano) ifasında Avropa bəstəkarları Bela Bartok, Astor Piazzolla, Zoltan Koday, Covanni Bottezininin əsərləri səslənəcəkdir.

Konsert 25 mart 2013-ci il tarixində, saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küçəsi 11 ünvanında yerləşən binasında keçiriləcək.

 
 

“Daun Sindromlu Şəxslərin Assosiasiya”sının xeyriyyə tədbiri.

Qadınlar Şurasının təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində 25 oktyabr 2011-ci il tarixində Daun sindromlu uşaqların əl işlərindən ibarət xeyriyyə məqsədi ilə şatış sərgisi təşkil olunur və tədbirin ikinci hissəsində onların iştirakı ilə kiçik konsert proqramı keçirilir.

 
 

Səhifə 10 > 13-dəan