Aytəkin Həsənovanın xatirəsinə həsr olunmuş anım gecəsi.

Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında istedadlı pedaqoq və peşəkar pianoçu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fənləri və dirijorluq kafedrasının müdiri, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq elmləri namizədi Aytəkin Həsənovanın xatirəsinə həsr olunmuş anım gecəsi keçirilir.

Ardını oxu...

   

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş müəllif konserti (Əməkdar incəsənət xadimləri Vasif və Ceyhun Allahverdiyevlər).

Azərbaycan Milli İncəsənət Muzeyində Bakı Musiqi Akademiyasının dəstəyi ilə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş, bəstəkarlar Vasif  Allahverdiyev və Ceyhun Allahverdiyevin müəllif konserti keçirilir.
Vasif Allahverdiyev 1992-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Koservatoriyasını bəstəkarlıq ixtisası üzrə (prof. İsmayıl Hacıbəyovun sinfi), 1994-cü ildə isə tar ixtisası üzrə (dos. A. Novruzovun sinfi) bitirib. Simfonik orkestr üçün “Atatürk” simfoniyası, “Heydər Əliyev-Ömür yolu” simfonik poeması, səs və kamera orkestri üçün “Sənsizlik” elegiyası (Heydər Əliyevin xatirəsinə ithaf olunub), xalq çalğı alətləri orkestri üçün “Cəngi sədası”; solo tar üçün “Qarabağ balladası” (Ü. Hacıbəyova həsr edilib), ağac nəfəsli kvartet və nağara üçün “Muğamsayağı”, xalq mahnı və təsniflərinin səs, milli musiqi alətləri və kamera orkestri üçün işləmələrin müəllifidir.

Ardını oxu...

   

Q.Qarayevin 95 illiyinə həsr olunmuş vokal-instrumental musiqi gecəsi (BMA-nın professoru Q.A.Adjalovanın tələbələri).

Azərbaycan Milli İncəsənət Muzeyində Bakı Musiqi Akademiyasının professoru Əməkdar müəllim Q.A.Adjalovanın sinfinin tələbələrinin iştirakı ilə Q.Qarayevin 95 illiyinə həsr olunmuş vokal-instrumental musiqi gecəsi keçirilir.

Konsertdə respublika və bir çox (Estoniya, İtaliya, Avstriya, Gürcüstan, Litva) beynəlxalq müsabiqələrinin laureatları Zeynalov Rüstəm – I kurs, Aslanov Aslan -II kurs, Quliyev Müşfiq  - III kurs, Mahmudova Qəmər –III kurs, Kəngərli Nərgiz - I kurs musiqi nömrələri ilə çıxış edəcəklər.

Ardını oxu...

   

“IDMAN və İNCƏSƏNƏT” 18 May Beynəlxalq Muzeylər Gününə xəsr edilmiş dəyirmi masa və virtual sərgi

Ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də idmançılarımızın dünya və Avropa çempionatlarında, rəsmi və beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi il 2012-ci il Azərbaycanda “İdman ili” elan edilmişdir.

Ardını oxu...

   

Səhifə 34 > 36-dəan