Muzeydə çərşənbə axşamları qeyd olunub

Azərbaycan Milli İncəsənət Muzeyi hər həftənin ikinci günləri qədim xalq inanc və ənənələrinə sadiq qalaraq təbiətin dörd – Su, Od, Hava və Torpaq – ünsürünü özündə əks etdirən çərşənbə axşamlarını rəngarəng bayram proqramı ilə qeyd etmişdir. 
Hər həftənin ikinci günü zəngin, maraqlı, maksimum dərəcədə informativ proqramın keçirilməsi məqsədi ilə qədim xalq inanc və Novruz adətlərini əks etdirən etnoqrafik materialların təqdimatı; ixtisaslaşdırılmış pedaqoqların rəhbərliyi altında təbiət ünsürləri ilə bağlı fiziki və kimyəvi elmi eksperimentlərin keçirilməsi; milli mədəniyyətimizi əhatə edən və hər ünsürlə bağlı olan xüsusi hazırlanmış və uşaqlar üçün adaptasiya edilmiş interaktiv ekskursiyanın təşkili və müxtəlif materiallardan muzey artefaktlarının surətlərinin əyləncəli ustad dərslərində hazırlanması kimi bir neçə vacib elementləri özündə birləşdirən individual proqram tərtib edilmişdir. Həmçinin uşaq musiqi kollektivləri öz çıxışları ilə çərşənbə axşamlarına xüsusi rəng qatmışdır.
İlk gündən bayram proqramımız balaca tamaşaçılarımız tərəfindən böyük sevgi ilə qarşılanmışdır. Bayram ilə əlaqədar uşaqların milli irsə nəinki mənəvi, eləcə də fiziki tərəfdən toxuna bilməsi və mənimsəməsi məqsədilə müvəqqəti ekspozisiya qurulmuşdur. Hər bir uşaq hazırladığı muzey artefaktlarının surəti ilə, ən əsas da milli irsə böyük sevgi, hörmət və qürur hissi duyaraq gözəl təəssüratlarla muzeydən ayrılmışdır.

   

Muzeydə Xocalı soyqırımının 25-ci ildönümü qeyd olundu

24 fevral Azərbaycan Milii İncəsənət Muzeyində Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümü qeyd olundu.
Xalqımıza qarşı törədilmiş ən ağır faciələrdən biri - Xocalı soyqırımından 25 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, sakinlərə amansızlıqla divan tutub, onları vəhşicəsinə, ağlasığmaz işgəncələrlə qətlə yetiriblər..
Bu günlə bağlı Azərbaycan Milli İncəsənət Muzeyi silsilə tədbirlər keçirir. Xocalı faciəsi sülh və bəşəriyyət əleyhinə cinayətdir! Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc rəssamları “İncəsənət Ədalət Naminə” mövzusunda bədii kompozisiyalar yaratmışlar. Onlar yaratdıqları tablolarında bəşəriyyəti, dünya xalqlarını ədalətə, sülhə səslədilər.
Eyni zamanda İrəli ictimai birliyinin üzvlərinin iştirakı ilə azərbaycanlı alim, tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun mənəvi ənənələri, mədəni xüsusiyyətləri və dinlərarası dialoq kafedrasının dosenti, Azərbaycan tarixi haqqında 250 publisistik məqalələrin müəllifi Rizvan Hüseynovla Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş diskussiyaya keçirildi. 
Həmçinin, bu faciə ilə bağlı Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan əsərlərdən ibarət səyyar sərgi təşkil edilmişdir.
Bundan başqa bu gün Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edən rus və fransız moda tarixçisi, sənətsünas Aleksandr Vasilyev “İncəsənət Ədalət Naminə” mövzusunda gənc rəssamaların yaratdıqları əsərlərə tamaşa etdi. 
Heydər Əliyev Fondu və “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının hazırladığı prezentasiya ziyarətçilərimiz böyük marağına səbəb oldu. 
Tədbirin iştirakçıları, yerli və xarici ziyarətçilərimizə, eyni zamanda muzeyin fəxri qonaqlarına “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının təmin etdiyi promo materialları təqdim etdik.

   

Muzeydə tətil

28 yanvar tarixində Azərbaycan Milli İncəsənət Muzeyində çox maraqlı və müxtəlif rəngarəng tədbirlərlə zəngin gün keçdi. Bədii şüşə üzərində nəqqaşlıq və rəngkarlıq üzrə ustad-dərsləri yuxarı yaşlı uşaqları rəssamlıq mühitində birləşdirdi, nağıl mütaliəsi və yumşaq qar adamlarının hazırlanması azyaşlı uşaqların marağına səbəb oldu, face-art ən kiçik ziyarətçilətimizdə müsbət emosiyalar qasırğasını oyatdı, yeniyetmə qızlar moda dizaynı üzrə ustad-dərsində modelləşdirmə prossesinə böyük həvəs göstərdilər. Sonra bizim balaca qonaqlarımız valideynləri ilə birgə onlar üçün xüsusi hazırlanmış viktorinanın suallarına cavab axtardılar və hamılıqla muzeyin zallarında əyləncəli kvest oyunun cavablarının axtarışına çıxdılar.

Bu qarlı havada öz uşaqlarını muzeyimizə gətirən valideynlərə təşəkkürümüzü bildiririk! Sizin xoş sözləriniz və müsbət təəssüratlarınız bizi yeni layihəyə ruhlandırdı!

Əməkdaşlığa dair səsimizə səs verən partnyorlarımıza və dostlarımıza minnətdarlığımızı bikdiririk: "Kabalaka" Təhsil Mərkəzi, rəssam Fidan Kim və rəssam Cəmilə Gül, modelyer rəssam Renara Şəmsiyeva, rəssamlar Alina İqnatova, Ayla İnsanova, Xanımana Kuliyeva, həmçinin muzeyin əməkdaşları Tikmə bölməsinin müdiri Vəfa Rəhimova və bərpaçı-rəssam Samir Talıbov, Sizsiz bu incəsənət bayramı həyata keçirilməyəcəkdi!Təşəkkür edirik! Həmçinin, informasiya dəstəyinə görə "4KİDS.az" qrupuna minnətdarlığımızı bildiririk! Eyni zamanda fotoqraf Həsən Seyidbəyliyə öz dərin minnətdarlığımızı bildiririk.

Ümid edirik ki, bu qış tətilləri balaca ziyarətçilərimizdə - məktəbəqədər yaşlı uşaqlarımız və məktəblilərimizdə yadda qalan olacaq! Əziz dostlar,sizə əyləncəli istirahət günləri və ikinci yarım ildə uğurlu dərs ili arzulayırıq!

   

Yeni ilin möcüzəsi

Hər kəsin ən çox sevdiyi və nağılvari bayram – Yeni il artıq qapımızı döyür. Yeni il öncəsi nağıllarda olduğu kimi möcüzə baş verir. Sizi, Azərbycan Milli İncəsənət Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sürpriz gözləyir. Muzey Yeni il hədiyyəsi olaraq yeni aksiyaya start verir. Bayram günlərində -  3 və 4 yanvar tarixlərində hər kəs üçün muzeyə giriş 1 AZN olacaq!

Azərbaycan Milli İncəsənət Muzeyi paytaxtımızın sakinlərini və qonaqlarını  bu aksiyadan yararlanmağa dəvət edir.

Qeyd edək ki, tamaşaçılar həm muzeyin zəngin stosianar ekspozisiyası, eyni zamanda “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”  adlı möhtəşəm sərgi ilə tanış ola biləcəklər.

Hər kəsi sosial şəbəkələrdə paylaşdığı fotoları Azərbaycan Milli İncəsənət Muzeyinin #azerbmim haştag-ı altında paylaşmağa dəvət edirik. Ən yaxşı kreativ 15 foto seçilərək muzeyin səhifəsində paylaşılacaq.

   

Səhifə 3 > 34-dəan